Ana səhifə » Azərbaycan » QƏTNAMƏLƏR » AŞPA Qətnamələri

AŞPA-nın 1690 (2005) SAYLI TÖVSİYƏSİ

ATӘT-in Minsk Konfransının mәşğul olduğu Dağlıq Qarabağ bölgәsi üzәrindә münaqişә
1690 (2005) saylı tövsiyә (1)

1. Parlament Assambleyası ATӘT-in Minsk Konfransının mәşğul olduğu münaqişәyә dair özünün 1416 (2005) saylı tövsiyәsinә istinad edәrәk, Nazirlәr Komitәsinә aşağıdakıları tövsiyә edir:

ı. xüsusilә hәrbi әmәliyyatlardan çәkinmә vә Azәrbaycanın bütün işğal olunmuş әrazilәrindәn hәrbi qüvvәlәrin geri çәkilmәsi dә daxil olmaqla, әlaqәdar tәrәflәri BMT Tәhlükәsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qәtnamәlәrinә әmәl etmәyә çağırsın;

ıı. Azәrbaycan vә Ermәnistan tәrәfindәn BMT Tәhlükәsizlik Şurasının qәtnamәlәrinin vә ATӘT-in Nazirlәr Şurasının münaqişәyә dair qәrarlarının yerinә yetirilmәsinin monitorinqini aparsın vә monitorinqin nәticәlәri barәdә Assambleyaya hesabat versin;

ııı. BMT Tәhlükәsizlik Şurasının qәtnamәlәrinә uyğun olaraq, münaqişәnin dinc yolla hәll olunması üçün üzv dövlәtlәr tәrәfindәn göstәrilәn sәylәr barәdә Assambleyaya hesabat versin. Bu hesabatda BMT Tәhlükәsizlik Şurasının 853 (1993) saylı qәtnamәsinin ziddinә olaraq üzv dövlәtlәrin münaqişәnin intensivlәşdirilmәsinә vә ya әrazinin işğalının davam etmәsinә gәtirib çıxara bilәn silah vә sursat tәchizatından çәkinib-çәkinmәmәlәri dә öz әksini tapsın;

ıv. Dağlıq Qarabağ münaqişәsi haqqında özünün 1251 (1994) saylı tövsiyәsini xatırladaraq, Azәrbaycan vә Ermәnistanın istәdiklәri tәqdirdә, Dağlıq Qarabağın siyasi statusunun müәyyәnlәşdirilmәsinә kömәklik mәqsәdilә ekspertlәri onların sәrәncamına versin;

v. Azәrbaycan vә Ermәnistanda xüsusi etimad yaradılması tәdbirlәri üzrә fәaliyyәt planı üçün vәsait ayırsın;

vı. hәr iki ölkәdәn müәllimlәr vә jurnalistlәr üçün daha yaxşı qarşılıqlı anlaşma, dözümlülük vә barışıq mәqsәdi güdәn xüsusi treninq proqramlarının hәyata keçirilmәsinә vәsait ayırsın;

vıı. xüsusilә tәhsil müәssisәlәri vә ictimai KİV-ә dair İrqçilik vә dözümsüzlüyә qarşı Avropa Komissiyası tәrәfindәn hәr iki ölkә üçün xüsusi fәaliyyәtә vәsait ayırsın;

vııı. Sәlahiyyәtli rәhbәr komitәlәri tәlimatlandırsın ki, onlar Mübahisәlәrin sülh yolu ilә hәll olunmasına dair Avropa Konvensiyasının Avropa Şurasının üzv dövlәtlәri arasında münaqişәlәrin aradan qaldırılmasının müasir tәlәblәrini nә dәrәcәdә әks etdirmәsi vә Avropa Şurasının üzv dövlәtlәri arasında mübahisәlәrin sülh yolu ilә hәll olunması üçün adekvat vasitәnin tapılması mәqsәdilә konvensiyanın hansı hissәsinә düzәlişlәrin edilmәsi ilә bağlı tәhlil aparsın;

ıx. iki ölkәyә dair fәaliyyәtlә bağlı qәrar verәrkәn 1416 (2005) saylı qәtnamәni nәzәrә alsın;

x. 1416 (2005) saylı qәtnamәnin vә bu tövsiyәnin milli, ikitәrәfli vә beynәlxalq sәviyyәdә dәstәklәnmәsi mәqsәdilә onları üzv dövlәtlәrin hökumәtlәrinә tәqdim etsin.

(1) 2005-ci il yanvarın 25-dә Assambleyanın müzakirәsi (2-ci iclas) (Bax Siyasi mәsәlәlәr komitәsinin mәruzәsi, Sәnәd.10364, mәruzәçi: cәnab Atkinson). 2005-ci il yanvarın 25-dә Assambleya tәrәfindәn qәbul olunmuş mәtn (2-ci iclas).


Kateqoriya: AŞPA Qətnamələri | Yüklədi: Barfen (06 Сентября 2012)
Baxış: 329 | Reytinq: 5.0/1
Ümumi şərhlər: 0
Имя *:
Email *:
Код *: