Ana səhifə » Azərbaycan » MÜQAVİLƏLƏR » Tarixi

TÜRKMƏNÇAY MÜQAVİLƏSİ, 10 FEVRAL 1828-Cİ İL

TÜRKMӘNÇAY MÜQAVİLӘSİ


I MADDӘ

Bütün Rusiya imperatoru hәzrәtlәri vә İran şahı hәzrәtlәri arasında, onların vәrәsәlәri vә taxt-tacın varislәri, onların dövlәtlәri vә qarşılıqlı surәtdә tәbәәlәri arasında bundan sonra әbәdi sülh, dostluq vә tam razılıq olacaqdır.

II MADDӘ

Bütün Rusiya imperatoru hәzrәtlәri vә İran şahı hәzrәtlәri hörmәtlә qәbul edirlәr ki, razılığa gәlәn yüksәk tәrәflәr arasında baş vermiş vә indi xoşbәxtlikdәn qurtarmış müharibә ilә Gülüstan traktatının qüvvәsi üzrә qarşılıqlı tәәhhüdlәr dә başa çatmışdır; onlar göstәrilәn Gülüstan traktatını Rusiya vә İran arasında yaxın vә uzaq gәlәcәyә sülh vә dostluq münasibәtlәri qurmalı vә tәsdiq etmәli olan indiki şәrtlәr vә qәrarlarla әvәz etmәyi zәruri hesab etdilәr.

III MADDӘ

İran şahı hәzrәtlәri öz adından vә öz vәrәsәlәri vә varislәri adından Arazın o tayı vә bu tayı üzrә Erivan xanlığını vә Naxçıvan xanlığını Rusiya İmperiyasının tam mülkiyyәtinә güzәştә gedir. Şah hәzrәtlәri bu güzәşt nәticәsindә, hazırki müqavilәnin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çәkilәn hәr iki xanların idarә edilmәsinә aid olan bütün arxivlәri vә ictimai sәnәdlәri Rusiya rәisliyinә vermәyi vәd edir.

IV MADDӘ

Müqavilәyә qoşulan yüksәk tәrәflәrin razılığı ilә hәr iki dövlәt arasında sәrhәdlәr aşağıdakı hüdudda qәrara alınır:

sәrhәd xәtti Türkiyә torpaqlarının ucundakı kiçik Araratın zirvәsindәn aralıda düz istiqamәtdә әn yaxın nöqtәdәn başlayaraq o dağların zirvәsindәn keçir; buradan maillik üzrә Araratın cәnub tәrәfindәn axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sәrhәd xәtti o çayın axarı üzrә Şәrur qarşısında onun Araza töküldüyü yerәdәk davam edir; bu mәntәqәdәn Abbasabad qalasınadәk Araz çayının yatağı üzrә gedir; burada qalanın Arazın sağ sahilindә yerlәşәn xarici istehkamları yanında yarım ağac, yәni 3 1 / 2 Rusiya versti enindә bütün istiqamәtlәrdә dövrә haşiyәlәnәcәk vә o әtrafda olan torpaq sahәsi büsbütün mәhz Rusiyaya mәxsus olacaqdır vә bu gündәn sayılmaqla iki ay әrzindә әn yüksәk dәqiqliklә ayrılacaqdır. Sәrhәd xәtti o yerdәn, göstәrilәn dövrәnin şәrq tәrәfdәn Arazın sahilinә birlәşdiyi yerdәn başlayaraq bir daha o çayın yatağı ilә Yeddibulaq bәrәsinәdәk gedir; burada İran torpaqları Araz çayının yatağı üzrә üç ağaca, yәni 21 Rusiya versti uzanacaqdır: sonra sәrhәd Muğan düzü vasitәsilә Bolqarçayadәk, iki kiçicik Adınabazar vә Sarıqamış çaylarının birlәşmәsindә üç ağac yәni 21 rus versti aşağıda olan torpaqlara gedir; sәrhәd buradan Bolqarçayın sol sahili ilә yuxarı; adları çәkilәn kiçik Adınabazar vә Sarıqamış çaylarının birlәşmәsinәdәk, sonra Şәrqi Adınabazar çayının sağ sahili üzrә onun yuxarılarınadәk davam edir, buradan isә Cikoir yüksәkliyinin zirvәsinәdәk elә davam edir ki, o yüksәklikdәn Xәzәr dәnizinә tökülәn bütün sular Rusiyaya mәxsus olacaqdır, İran tәrәfә axan bütün sular isә İrana mәxsus olacaqdır. Burada iki dövlәt arasındakı sәrhәd dağ zirvәlәrilә müәyyәn edilir; qәrarlaşdırılmışdır ki, onların Xәzәr dәnizinә doğru enişi Rusiyaya mәxsus olmalıdır, o biri yandakı enişi isә İrana mәxsusdur. Sәrhәd Cikoir yüksәkliyi zirvәsindәn, Talışı Әrş dairәsindәn ayıran dağlar üzrә Qәmәrkühüm zirvәsinәdәk keçir. Suların axarını iki yerә bölәn dağların başı, yuxarıda Adınabazarın yuxarı axarı vә Cikoir zirvәsi arasındakı sahә haqqında deyilәn kimi, burada da elәcә sәrhәd hüdudunu tәşkil edәcәkdir. Sonra sәrhәd xәtti suların axarına aid yuxarıda şәrh olunan qaydalara aramsız әmәl etmәklә Qәmәrkuhun zirvәsindәn Züvand vә Әrş dairәlәrini ayıran dağ silsilәsi üzrә Velgic dairәsinin sәrhәdlәrinәdәk uzanacaqdır. Belәliklә, adı çәkilәn dağın zirvәsindәn әks tәrәfdә yerlәşәn hissәsi istisna olmaqla Züvand dairәsi Rusiyaya birlәşir. Hәr iki dövlәt arasındakı sәrhәd xәtti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velkic dairәsi sәrhәddindәn Kloputanın zirvәsi vә Velkic dairәsindәki dağların baş silsilәsi üzrә Astara çayının şimal mәnbәyinәdәk, buradan o çayın yatağı boyu onun Xәzәr dәnizinә töküldüyü yerәdәk davam edәcәk ki, burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sәrhәd xәtti qurtarır.

V MADDӘ

İran şahı hәzrәtlәri bütün Rusiya imperatoru hәzrәtlәrinә öz sәmimi dostluğuna sübut olaraq, bu maddә ilә hәm öz vәrәsәlәri vә İran taxt-tacının varislәri adından, yuxarıda göstәrilәn sәrhәd xәtti arasında vә Qafqaz sıra dağları vә Xәzәr dәnizi arasında yerlәşәn bütün torpaqların vә bütün adaların, bununla bәrabәr hәmin mәmlәkәtlәrdә yaşayan bütün köçәri vә başqa xalqların әbәdi zamanәdәk Rusiya imperiyasına mәxsus olduğunu tәntәnә ilә tanıyır.

VI MADDӘ

İran şahı hәzrәtlәri hәr iki dövlәt arasında baş vermiş müharibә ilә Rusiya imperiyasına vurulmuş xeyli ziyana, hәmçinin Rusiya tәbәәlәrinin düçar olduğu qurbanlara vә itkiyә hörmәt әlamәti olaraq, onların әvәzini pul tәzminatı ilә ödәmәyi öhdәsinә götürür. Müqavilәyә qoşulan hәr iki yüksәk tәrәf o mükafatın mәblәğini on kurur tümәn raicә vә ya iyirmi milyon gümüş manat qәrarlaşdırmışdır, onun vaxtı, ödәniş qaydası vә tәminatı sözbәsöz hazırkı traktata daxil edilә bilәcәk qüvvәyә malik olan xüsusi müqavilәdә qәrarlaşdırılmışdır.

VII MADDӘ

İran şahı hәzrәtlәri öz әlahәzrәt oğlu şahzadә Abbas Mirzәnin öz vәrәsәsi vә taxt-tacın varisi tәyin etmәk iltifatında bulunan kimi, Bütün Rusiya imperatoru hәzrәtlәri öz dostluq münasibәtlәrini vә bu varislik qaydasının tәsdiqinә kömәk etmәk arzusunu açıq-aşkar sübut etmәkdәn ötrü bundan sonra şahzadә Abbas Mirzә hәzrәtlәrinin simasında İran taxt-tacının vәrәsәsi vә varisini, onun taxta çıxmasından sonra isә onu o dövlәtin qanuni hökmdarı hesab etmәyi öhdәsinә götürür.

VIII MADDӘ

Rusiyanın ticarәt gәmilәri, әvvәlki qayda üzrә, Xәzәr dәnizindә vә onun sahillәri boyunca azad üzmәk vә bununla bәrabәr onlara yaxınlaşmaq hüququna malikdir; gәmi qәzası hallarında İranda onlara hәr cür kömәk edilmәlidir. Bu üsulla İran ticarәt gәmilәrindә dә Xәzәr dәnizindә әvvәlki qayda ilә üzmәk vә Rusiya sahillәrinә yan almaq hüququ verilir ki, orada gәmi qәzası hallarında onlara qarşılıqlı surәtdә hәr cür kömәk göstәrilmәlidir. Hәrbi gәmilәrә gәldikdә isә, qәdimdә olduğu kimi, yalnız Rusiya hәrbi bayrağı altında olan hәrbi gәmilәr Xәzәr dәnizindә üzә bilәrlәr; bu sәbәbdәn dә әvvvәlki müstәsna hüquq indi dә onlara verilir vә tәsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlәtin Xәzәr dәnizindә hәrbi gәmilәri ola bilmәz.

IX MADDӘ

Bütün Rusiya imperatoru hәzrәtlәri vә İran şahı hәzrәtlәri hәr vasitә ilә onlar arasında bu qәdәr xoşbәxtliklә bәrpa olunmuş sülh vә dostluğu bәrqәrar etmәyi arzulayaraq, müvәqqәti tapşırıqların icrası vә ya daimi qalmaq üçün bu vә ya o biri dövlәtә göndәrilәn yüksәk sarayların (hökumәtlәrin) sәfirlәrinin, nazirlәrinin vә işlәr müvәkillәrinin, onların dәrәcәsinә, razılığa gәlәn yüksәk tәrәflәrin şәrәfinә, onları birlәşdirәn sәmimi dostluğa vә yerli adәtlәrә uyğun olaraq, ehtiramla vә (hәr birinin) ayrılıqda qәbul edilmәsini qarşılıqlı surәtdә rәva bilirlәr. Xüsusi protokol ilә bu vә ya o biri tәrәfin әmәl etmәsi üçün bu mәzmunda mәrasim qәrarlaşdırılacaqdır.

X MADDӘ

Bütün Rusiya hәzrәtlәri vә İran şahı hәzrәtlәri hәr iki dövlәt arasında ticarәt әlaqәlәrinin bәrpa olunmasını vә genişlәnmәsini sülhün bәrqәrar olmasının әn başlıca xeyirxah nәticәlәrindәn biri saydıqları üçün, tam qarşılıqlı razılıq әsasında hökm verdilәr ki, ticarәtә hakimlik edilmәsinә vә qarşılıqlı surәtdә tәbәәlәrin tәhlükәsizliyinә aid olan bütün sәrәncamlar sәadәtlә yoluna qoyulsun vә onlar onu qarşılıqlı surәtdә müvәkkillәr tәrәfindәn bağlanacaq bu sülh müqavilәsinin eyni güclü hissәsi sayılmalı olan vә ona әlavә edilәn ayrıca Akt ilә izah etsinlәr. İran şahı hәzrәtlәri, qabaqlar olduğu kimi, Rusiyaya ticarәtin xeyrinә tәlәb olunan hәr yerә konsullar vә ticarәt agentlәri tәyin etmәk hüququ verir vә öhdәsinә götürür ki, hәr ikisinin mәiyyәti on nәfәrdәn çox olmayacaq konsul vә agentlәrә hamilik göstәrsin ki, onlar öz rütbәlәrinә verilmiş şan-şövkәt vә üstünlüklәrdәn istifadә etsinlәr. Bütün Rusiya imperatoru hәzrәtlәri öz tәrәfindәn İran şahı hәzrәtlәrinin konsul vә ya ticarәt agentlәrinә münasibәtdә buna tam müvafiq әmәl edilmәsinә vәd verir. İran hökumәtinin Rusiya agentinә vә ya konsuluna әsaslı şikayәti olarsa, Rusiya naziri (sәfiri) vә ya onun şah hәzrәtlәri sarayı yanında işlәr müvәkkili, ya da onların bilavasitә rәisi öz mülahizәsinә әsasәn günahkarı vәzifәsindәn uzaqlaşdıra vә onu müvәqqәti olaraq digәr şәxsә hәvalә edә bilәr.

XI MADDӘ

Qarşılıqlı surәtdә tәbәәlәrin bütün tәlәblәri vә müharibә ilә dayandırılmış başqa işlәr sülh bağlandıqdan sonra әdalәtlә bәrpa olunacaq vә hәll edilәcәkdir. Qarşılıqlı surәtdә tәbәәlәrin öz aralarında bu vә ya o biri hökumәtin xәzinәsinә müqavilә tәәhhüdlәri dәrhal vә tamamilә tәmin edilmәlidir.

XII MADDӘ

Barışığa gәlәn yüksәk tәrәflәr tәbәәlәrin xeyri üçün özlәrinin ümumi razılığı üzrә qarşılıqlı surәtdә qәrara almışdır: onlardan Arazın hәr iki tәrәfindә tәrpәnmәz әmlaka malik olanlarına üç il vaxt verilmәlidir ki, onlar bu müddәt әrzindә onu azad surәtdә satsınlar vә dәyişsinlәr. Lakin bütün Rusiya imperatoru hәzrәtlәri ona aid olduğuna görә, keçmiş İrәvan sәrdarı Hüseyn xanı, onun qardaşı Hәsәn xanı vә keçmiş Naxçıvan hakimi Kәrim xanı bu iltifatlı sәrәncamdan kәnar edir.

XIII MADDӘ

Axırıncı vә ya bundan qabaqkı müharibәnin gedişindә әsir alınmış hәr iki tәrәfin bütün hәrbi әsirlәri, bununla bәrabәr hәr iki hökumәtin nә vaxtsa әsir düşmüş tәbәәlәri qarşılıqlı surәtdә azad edilmәli vә dörd ay әrzindә qaytarılmalıdır; onlar hәyati azuqә vә digәr tәlәbatlarla tәmin edilmәli vә onları qәbul etmәk vә sonrakı yaşayış yerinә yollamağa sәrәncam vermәk üçün hәr iki tәrәfdәn ayrılmış komissarlara vermәkdәn ötrü Abbasabada göndәrilmәlidirlәr. Razılığa gәlәn yüksәk tәrәflәr hәr iki tәrәfdәn әsir düşmüş, lakin olduqları yerin uzaqlığına vә ya başqa bir sәbәbә vә ya vәziyyәtә görә göstәrilәn müddәtә qaytarıla bilmәyәcәk bütün hәrbi әsirlәrә, habelә Rusiya vә İran tәbәәlәrinә dә bu yolla yanaşacaqlar. Hәr iki dövlәt belәlәrinin hәr bir vaxt tәlәb edilmәsindә özünә dәqiq vә qeyri-mәhdud hüquq verir vә öhdәsinә götürür ki, onlar aşkar edildikdә vә ya onlar haqqında tәlәblәr alındıqda qarşılıqlı surәtdә onları (bir-birinә) qaytarsınlar.

XIV MADDӘ

Razılığa gәlәn yüksәk tәrәflәrdәn heç biri axırıncı müharibәnin başlanmasınadәk vә ya o vaxtı digәrinin tәbәәliyinә keçmiş olan satqınların vә fәrarilәrin verilmısini tәlәb etmәyәcәkdir. İran hökumәti bu qaçqınlardan bәzilәrinin vә onların köhnә hәmvәtәnlәrinin vә ya hakimiyyәti altında olanların arasında qәrәzli әlaqәlәrdәn qarşılıqlı surәtdә baş verә bilәcәk zәrәrli nәticәlәrin qarşısını almaq üçün, öhdәsinә götürür ki, indi vә ya sonralar Rusiya hökumәtinin adbaad göstәrdiyi adamların Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının vә Qızıl Üzәn çayının Xәzәr dәnizinә töküldüyü yer arasında yaratdığı hüduddakı öz torpaqlarında olmasını qadağan edәcәkdir. Bütün Rusiya imperatoru hәzrәtlәri öz tәrәfindәn İran qaçqınlarının Qarabağ vә Naxçıvan xanlıqlarında vә İrәvan xanlığının Araz çayının sağ sahilindә yerlәşәn hissәsindә yurd salmasına vә ya yaşamasına (hәr hansı) bir qәrarda icazә vermәyәcәyini vәd edir. Lakin özlüyündә aydındır ki, ancaq rәsmi rütbә daşıyan vә ya müәyyәn lәyaqәt sahibi olan adamlara: şәxsi nümunәlәri, nәsihәt vә gizli әlaqәlәri ilә keçmişdә onların idarәsindә vә ya hakimiyyәti altında olan әvvәlki hәmvәtәnlәrinә zәrәrli tәsir göstәrә bilәn xan, bәy vә dini rәislәr vә ya mollalara qarşı bu şәrtin gücü var vә olacaqdır. Ümumiyyәtlә, hәr iki dövlәtin sakinlәrinә gәldikdә isә, razılığa gәlәn yüksәk tәrәflәr qәrara alır ki, hәr iki tәrәfin bir dövlәtdәn o birinә keçmiş vә ya bundan sonra keçәcәk tәbәәlәri onların keçdiyi hökumәtin icazә verdiyi hәr yerdә yurd sala vә yaşaya bilәr.

XV MADDӘ

Şah hәzrәtlәri öz dövlәtinә sakitliyi qaytarmaq vә öz tәbәәlәrindәn hazırki müqavilә ilә bu qәdәr xoşbәxtliklә başa çatmış müharibәdә törәdilmiş bәdbәxtliklәri daha da artıra bilәn hәr şeyi kәnar etmәk kimi xeyirli, xilasedici niyyәtlә hәrәkәt edәrәk, Azәrbaycan adlanan vilayәtin bütün әhalisinә vә mәmurlarına büsbütün vә tam bağışlanma әta edir. Hansı dәrәcәyә mәxsus olmasından asılı olmayaraq, onlardan heç kәs öz hәrәkәtinә vә ya müharibә әrzindә vә ya Rus ordusunun adı çәkilәn vilayәti müvәqqәti tutduğu zaman davranışına görә tәqibә, dini әqidәsinә görә tәhqirә mәruz qalmamalıdır. Bundan başqa o mәmur vә sakinlәrә bu gündәn başlayaraq öz ailәsi ilә birlikdә İran vilayәtindәn Rusiyaya sәrbәst keçmәk, hökumәt vә yerli rәisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına vә ya әmlakına vә әşyalarına hәr hansı gömrük vә vergi qoyulmadan tәrpәnәn mülkiyyәtini aparmaq vә satmaq üçün bir il vaxt verilir. Tәrpәnmәz mülkә gәldikdә isә, onun satılması vә ya onun haqqında özxoşuna sәrәncam üçün beş illik müddәt müәyyәn edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddәt başa çatanadәk mәhkәmә cәzası düşәn günah vә ya cinayәt işlәmiş adamlara şamil edilmir.

XVI MADDӘ

Müvәkkillәr bu sülh müqavilәsi imzalandıqdan sonra, qarşılıqlı surәtdә tәxirә salınmadan tәcili olaraq, hәrbi әmәliyyatların kәsilmәsi haqqında bütün yerlәrә xәbәr vә lazımı fәrman göndәrmәlidir. Eyni mәzmunda iki nüsxәdә tәrtib edilmiş, hәr iki tәrәfin müvәkkillәri tәrәfindәn imzalanmış, onların gerbli möhürlәri ilә tәsdiq edilmiş vә qarşılıqlı olaraq bir-birinә verilmiş bu sülh müqavilәsi bütün Rusiya imperatoru hәzrәtlәri vә İran şahı hәzrәtlәri tәrәfindәn tәsdiq vә ratifaksiya edilmәli vә onların imzaladığı ratifikasiya mәtnlәri tәntәnәli şәkildә hәr iki tәrәfin müvvәkillәri tәrәfincdәn dörd ay әrzindә vә ya mümkün olduqca daha tez dәyişdirilmәlidir. Fevral ayının 10-da İsanın anadan olmasının 1828-ci ilindә Türkmәnçay kәndindә bağlanmışdır.

Әslinә qol çәkmişlәr: İvan Paskoviç, A. Obrezkov.


Kateqoriya: Tarixi | Yüklədi: Barfen (06 Сентября 2012)
Baxış: 567 | Reytinq: 5.0/1
Ümumi şərhlər: 0
Имя *:
Email *:
Код *: