Ana səhifə » Azərbaycan » MÜQAVİLƏLƏR » Tarixi

QARS MÜQAVİLƏSİ, 13 OKTYABR 1921-Cİ İL

Bir tәrәfdә Azәrbaycan SSR, Ermәnistan SSR vә Gürcüstan SSR,
 o biri tәrәfdә - Türkiyә olmaqla Qarsda RSFSR-in iştirakı ilә 
1921-ci il oktyabrın 13-dә bağlanmış müqavilә

Bir tәrәfdә Ermәnistan Sosialist Sovet Respublikası, Azәrbaycan Sosialist Sovet Respublikası vә Gürcüstan Sosialist Sovet Respublikası hökumәtlәri vә o biri tәrәfdә Türkiyә Böyük Millәt Mәclisi Hökumәti millәtlәrin qardaşlığına vә xalqların öz müqәddәratını tәyin etmәk hüququ prinsiplәrinә şәrik çıxan, hәr iki tәrәfin qarşılıqlı maraqlarına әsaslanan daimi sәmimi qarşılıqlı münasibәtlәrdәn vә fasilәsiz sәmimi dostluq qurmaq istәyindәn ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilә dostluq haqqında müqavilә bağlamaq qәrarına gәlmiş vә bunun üçün öz Müvәkkillәrini tәyin etmişlәr:

Ermәnistan Sosialist Sovet Respublikasının hökumәti: Askanaz Mravyan, xalq xarici işlәr komissarı, Poqos Makinzyan, xalq daxili işlәr komissarı.

Azәrbaycan Sovet Respublikasının hökumәti: Behbud Şahtaxtinski, xalq dövlәt nәzarәti komissarı.

Gürcüstan Sosialist Sovet Respublikasının hökumәti: Şalva Eliva, xalq hәrbi-dәniz işlәri komissarı, Aleksandr Svanidze xalq xarici işlәr komissarı vә xalq maliyyә işlәri komissarı.

Türkiyә Böyük Millәt Mәclisi hökumәti: Kazım Qarabәkir Paşa, Böyük Millәt Mәclisindә Әdirnәdәn millәt vәkili, Şәrq Cәbhәsi komandanı,

Vәli bәy, Böyük Millәt Mәclisindә Burdurdan millәt vәkili, Muxtar bәy, İctimai İşlәr Stats-Sekretarının keçmiş müavini, Mәmduh Şövkәt bәy, Türkiyәnin Azәrbaycanda sәlahiyyәtli nümayәndәsi.

Rusiya Sosialist Federativ Sovet Respublikasının hökumәti: Yakov Qanetski, Latviyada sәlahiyyәtli nümayәndә, onlar lazımi vә qanuni formada tәrtib edilmiş sәlahiyyәtlәrin mübadilәsindәn sonra aşağıdakılar barәdә razılığa gәldilәr:

Maddә 1.

Türkiyә Böyük Millәt Mәclisi hökumәti vә Ermәnistan, Azәrbaycan vә Gürcüstan Sosialist Sovet Respublikaları hazırda razılığa gәlәn tәrәflәrin әrazilәrinin tәrkibinә daxil olan әrazilәrdә öz suveren hüquqlarını әvvәllәr hәyata keçirmiş dövlәtlәr arasında bağlanan yuxarıda xatırlanan әrazilәrә aid olan müqavilәlәri, eyni dәrәcәdә üçüncü dövlәtlәr tәrәfindәn Zaqafqaziya Respublikalarına dair bağlanmış müqavilәlәri lәğv edilmiş vә öz qüvvәsini itirmiş hesab edirlәr.

Müәyyәn edilmiş hesab olunur ki, bu maddә Moskvada 16 mart 1921-ci ildә bağlanmış Türkiyә-Rusiya müqavilәsinә tәtbiq edilmir.

Maddә 2.

Razılığa gәlәn tәrәflәr onlardan birinin zorla qәbul etmәyә mәcbur edildiyi hәr hansı sülh müqavilәsini vә sair beynәlxalq aktları tanımamaq barәdә razılaşırlar. Bunun qüvvәsincә, Ermәnistan, Azәrbaycan vә Gürcüstan Sosialist Sovet Respublikaları Türkiyәyә dair vә hazırda onun Böyük Millәt Mәclisi ilә tәmsil olunan Türkiyә Milli hökumәtinin tanımadığı heç bir beynәlxalq aktı tanımamaq barәdә razılaşırlar.

(Bu müqavilәdә Türkiyә anlayışı altında Konistantinopolda Osmanlı deputatlar palatası tәrәfindәn işlәnib hazırlanmış vә elan edilmiş, mәtbuatda bütün dövlәtlәrә çatdırılmış 8 yanvar 1920-ci il (1336) tarixli Türkiyә Misaqi-Milli sәrhәdlәrinә daxil edilmiş әrazilәr nәzәrdә tutulur).

Öz tәrәfindәn Türkiyә Böyük Millәt Mәclisi Hökumәti bu ölkәlәrin hazırda Ermәnistan, Azәrbaycan vә Gürcüstan sovetlәri ilә tәmsil olunan müvafiq Hökumәtlәrinin tanımadığı hәr hansı beynәlxalq aktı tanımamaq barәdә razılaşır.

Maddә 3.

Ermәnistan, Azәrbaycan vә Gürcüstan Sosialist Sovet Respublikaları hökumәtlәri tәslim rejimini hәr hansı ölkәnin azad milli istәklәri ilә, elәcә dә onun suveren hüquqlarının tam hәyata keçirilmәsi ilә bir araya sığmadığını hesab edәrәk, bu rejimә hәr hansı aidiyyәti olan hәr hansı hәrәkәti vә hüququ öz qüvvәsini itirmiş vә lәğv edilmiş sayırlar.

Maddә 4.

Türkiyәnin şimal-şәrq sәrhәdlәri (Rusiya Baş Qәrәrgahının 1/21000 miqyasında - düymdә 5 verst xәritәsinә әsasәn) Qara dәnizdә yerlәşәn Sarp kәndindәn başlanan Xedis-Mta dağından, Şavşet dağındakı Kannı-Dağ ayırıcından keçәn, daha sonra Әrdәhan vә Qars sancaqlarının köhnә şimal inzibati sәrhәdlәri ilә Aşağı Qars-suyun mәnsәbinәdәk Arpa-çay vә Arәz çaylarının talveqi ilә keçib gedәn xәtlә müәyyәn edilir.(Sәrhәdlәrin müfәssәl tәsviri vә ona aid mәsәlәlәr razılığa gәlәn hәr iki tәrәfin imzaladığı 1-ci vә 2-ci әlavәdә vә ona qoşulan xәritәdә müәyyәn edilmişdir).

Müqavilәnin mәtni vә xәritә arasında fәrq ortaya çıxdığı tәqdirdә mәtnә hәlledici әhәmiyyәt verilir. Dövlәt sәrhәdlәrinin naturada müfәssәl müәyyәn edilmәsi vә çәkilişi, elәcә dә sәrhәd işarәlәrinin qoyulması razılığa gәlәn tәrәflәrin bәrabәr sayda üzvlәrdәn ibarәt qarışıq sәrhәd komissiyası tәrәfindәn vә RSFSR nümayәndәlәrinin iştirakı ilә icra olunur.

Әlavә 4: xәritә.

Maddә 5.

Türkiyә hökumәti vә Sovet Ermәnistanı vә Azәrbaycanı hökumәtlәri razılığa gәlirlәr ki, Naxçıvan vilayәti bu müqavilәnin 3-cü әlavәsindә müәyyәn edilәn sәrhәdlәrdә Azәrbaycanın himayәsi altında muxtar әrazi yaradır.

Maddә 6.

Türkiyә Batum şәhәri vә limanı vә bu müqavilәnin 4-cü maddәsindә göstәrilәn sәrhәdlәrdәn şimalda yerlәşәn vә Batum dairәsinin bir hissәsini tәşkil edәn әrazilәr üzәrindәki suverenliyini bu şәrtlә Gürcüstana güzәştә getmәyә razılıq verir ki,

1) bu maddәdә göstәrilәn yerlәrin әhalisi hәr icmaya onun mәdәni vә dini hüquqlarını tәmin edәn inzibati baxımdan geniş yerli muxtariyyәtdәn faydalanacaq vә әhaliyә göstәrilәn yerlәrdә onun istәyinә uyğun torpaq qanununu müәyyәnlәşdirmәk imkanı verilәcәk;

2) Türkiyәyә Batum limanı vasitәsi göndәrilәn vә ya Türkiyәnin göndәrdiyi bütün mallara rüsumsuz, hәr hansı bir lәngitmә vә hәr hansı gömrük yığımı qoyulmadan sәrbәst tranzit, Türkiyәyә Batum limanından buna görә ondan xüsusi rüsumlar tutlmadan istifadә hüququ verilәcәk.

Bu maddәnin hәyata keçirilmәsi üçün bu müqavilә imzalandıqdan dәrhal sonra razılığa gәlәn tәrәflәrin nümayәndәlәrindәn ibarәt komissiya yaradılacaq.

Maddә 7.

Gürcüstan Sosialist Sovet Respublikası hökumәti vә Türkiyә Millәt Mәclisinin hökumәti buna dair qarışıq komissiyanın müәyyәnlәşdirәcәyi gömrük, polis vә sanitar qaydalara әmәl etmәk şәrti ilә sәrhәd zonası sakinlәrinin sәrhәdi keçmәlәrini asanlaşdırmağa razılaşırlar.

Maddә 8.

Gürcüstan Sosialist Sovet Respublikası vә Türkiyә Böyük Millәt Mәclisi hökumәti hәr iki tәrәfin sәrhәd yerlәrinin sakinlәri üçün sәrhәdin o biri tәrәfindә yerlәşәn yaylaq vә qışlaq otlaqlarından istifadә etmәlәri üçün zәrurәti nәzәrә alaraq, bu sakinlәrә onların sürülәri ilә birlikdә sәrhәdi keçmәk vә әnәnәvi otlaqlarından istifadә etmәk hüququ barәdә razılığa gәlirlәr.

Gömrük qaydaları, elәcә dә sәrhәdin keçilmәsi üçün polis, sanitar vә digәr tәdbirlәr qarışıq komissiya tәrәfindәn müәyyәnlәşdirilәcәk.

Maddә 9.

Boğazların açılması vә bütün xalqların ticarәt münasibәtlәri üçün onlardan sәrbәst keçidin tәmin edilmәsindәn ötrü Türkiyә vә Gürcüstan Qara dәnizin vә boğazların beynәlxalq statusunun qәti olaraq müәyyәnlәşdirilmәsini sahil ölkәlәrinin nümayәndәlәrindәn ibarәt xüsusi konfransa bu şәrtlә vermәyә razılaşırlar ki, onun çıxardığı qәrarlar Türkiyәnin tam suverenliyinә eyni dәrәcәdә Türkiyәnin vә onun paytaxtı Konstantinopolun tәhlükәsizliyinә xәlәl gәtirmәyәcәk.

Maddә 10.

Razılığa gәlәn tәrәflәr öz әrazilәrindә digәr ölkәnin hökumәti roluna iddia edәn tәşkilatların vә qrupların yaradılmasına vә ya yerlәşdirilmәsinә, elәcә dә digәr dövlәtlә mübarizә mәqsәdi olan qrupların yerlәşmәsinә yol vermәmәk barәdә razılığa gәlirlәr. Müәyyәn edilmiş saylır ki, bu müqavilәdә xatırlanan Türkiyә әrazisi dedikdә, Türkiyә Böyük Millәt Mәclisi hökumәtinin bilavasitә hәrbi vә mülki idarәsi altında olan әrazilәr nәzәrdә tutulur.

Maddә 11.

Hәr iki razılığa gәlәn tәrәfin digәr tәrәfin әrazisindә olan vәtәndaşlarına milli müdafiә üzrә mükәllәfiyyәtlәr istisna olunmaqla, onların olduğu ölkәnin qanunlarından irәli gәlәn bütün hüquqlar vә vәzifәlәr şamil olunacaq, onlar bundan azad edilәcәklәr.

Hәr iki tәrәfin ailә hüququna, hәr iki tәrәfin vәtәndaşlarının miras hüququna vә iş qabiliyyәtlәrinә dair mәsәlәlәr dә bu müqavilәnin qәrarlarından istisna tәşkil edirlәr. Onlar xüsusi sazişlә hәll edilәcәklәr.

Maddә 12.

Hәr iki razılığa gәlәn tәrәf digәr tәrәfin әrazisindә olan, razılığa gәlәn tәrәflәrin hәr birinin vәtәndaşlarına әn әlverişli şәrait prinsipini tәtbiq etmәyә razıdırlar.

Bu maddә sovet respublikalarının öz әrazilәrindә müttәfiq sovet respublikalarının vәtәndaşlarına verilәn hüquqlara, eyni dәrәcәdә Türkiyәnin ona müttәfiq olan müsәlman ölkәlәrinin vәtәndaşlarına verdiyi hüquqlara tәtbiq olunmur.

Maddә 13.

1918-ci ilә qәdәr Rusiyanın bir hissәsini tәşkil etmiş vә indi Türkiyәnin suverenliyi altında olduğu tanınan әrazilәrin hәr hansı sakini әgәr arzu edәrsә, sәrbәst şәkildә Türkiyәni tәrk etmәk, özü ilә әşyalarını, öz әmlakını vә ya onun dәyәrini götürmәk hüququna malikdir.

Eyni şәkildә üzәrindәki suverenliyin Türkiyә tәrәfindәn Gürcüstana güzәşt edilmiş әrazilәrin bütün sakinlәri әgәr arzu edәrlәrsә, Gürcüstan vәtәndaşlığından çıxmaq, Gürcüstan әrazisini sәrbәst şәkildә tәrk etmәk vә özü ilә öz әşyalarını, vә әmlakını vә ya onların dәyәrini götürmәk hüququna malikdir.

Yuxarıda göstәrilәn maddәdә xatırlanan sakinlәr xatırlanan әrazilәri tәrk etmәk arzılarını bildirdikdәn sonrakı bir ay müddәtindә hәrbi mükәllәfiyyәtdәn möhlәt hüququndan faydalanacaqlar.

Maddә 14.

Razılığa gәlәn tәrәflәr bu müqavilәnin imzalandığı gündәn sonrakı altı ay әrzindә 1918-1920-ci illәr müharibәlәrinin qaçqınlarına dair xüsusi saziş bağlamağı öhdәlәrinә götürürlәr.

Maddә 15.

Razılığa gәlәn hәr bir tәrәf bu müqavilә imzalandıqdan dәrhal sonra Qafqaz cәbhәsindә hәrbi hәrәkәtlәrdәn irәli gәlәn cinayәtlәrә vә әmәllәrә görә digәr tәrәfin vәtәndaşlarına tam amministiya elan etmәyi öhdәsinә götürür.

Maddә 16.

Razılığa gәlәn tәrәflәr bu müqavilә imzalandıqdan sonrakı iki ay әrzindә razılığa gәlәn tәrәflәrdәn birinin әrazisindә olan köhnә hәrbi әsirlәri vә mülki әsirlәri qaytarmağa razıdırlar.

Maddә 17.

Öz ölkәlәri arasındakı münasibәtlәrin fasilәsizliyini tәmin etmәk mәqsәdi ilә razılığa gәlәn tәrәflәr müştәrәk razılaşma yolu ilә dәmiryol, teleqraf vә s. rabitә vasitәlәrinin saxlanması vә mümkün sürәtlә inkişafı, eyni dәrәcәdә hәr iki ölkә arasında insanların vә malların hәr hansı lәngidilmә olmadan sәrbәst yerdәyişmәsini tәmin etmәk mәqsәdi ilә bütün zәruri tәdbirlәri görmәyi öhdәlәrinә götürürlәr.

Lakin etiraf edilir ki, hәm sәyahәt edәnlәrin, hәm dә malların yerdәyişmәsinә, girişinә vә çıxışına münasibәtdә hәr ölkәdә buna dair müәyyәn edilmiş qaydalar tam tәtbiq edilәcәkdir.

Maddә 18.

Razılığa gәlәn tәrәflәr arasında dostluq münasibәtlәrini möhkәmlәndirmәk üçün ticarәt münasibәtlәri qurmaq, bütün iqtisadi, maliyyә vә digәr mәsәlәlәri tәnzimlәmәk mәqsәdi ilә bu müqavilә imzalandıqdan dәrhal sonra Tiflisdә maraqlı tәrәflәrin tәmsilçilәrindәn ibarәt komissiya yaradılacaq.

Maddә 19.

Razılığa gәlәn tәrәflәr bu müqavilә imzalandıqdan sonrakı 3 ay әrzindә Konsul Konvensiyasını başa çatdırmağı öhdәlәrinә götürülәr.

Maddә 20.

Türkiyә, Ermәnistan, Azәrbaycan vә Gürcüstan hökumәtlәri arasında bağlanmış bu müqavilә ratifikasiya edilmәlidir.

Ratifikasiyalarla mübadilә әn qısa müddәtdә Erivanda olacaq.

Bu müqavilә ratifikasiya olunduğu andan qüvvәyә minir. 6, 14, 15, 16, 18 vә 19-cu maddәlәr istisnadır, onlar müqavilә imzalandıqdan dәrhal sonra qüvvәyә minirlәr.

Bu göstәrilәnlәri tәsdiq etmәk üçün yuxarıda adları çәkilәn müvәkkillәr bu müqavilәni imzaladılar vә ona öz möhürlәrini vurdular.

Qarsda 13 oktyabr 1921-ci ildә (1337) beş nüsxәdәn ibarәt tәrtib edilmişdir.

(M.Y.) imza. Askanaz Mravian, (M.Y.) imza. Kazım Qarabәkir.

(M.Y.) imza. Poqos Makinzian. (M.Y.) imza. Vәli bәy.

(M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bәy.

(M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Mәmduh Şövkәt bәy.

(M.Y.) imza. Aleksandr Svanidze.

(M.Y.) imza. Qanetski.

Әlavә 1.

Türkiyәnin şimal-şәrq sәrhәdi aşağıdakı şәkildә müәyyәnlәşdirilir: (rus baş qәrәrgahının 1/210000 - düymdә 5 verst miqyasında xәritәsinә әsasәn).

Qara dәnizdә Sarp kәndi - Qara Şalvar dağı (5014) - çayın suayrıcı ilә V.Maradidi kәndindәn şimalda "uçuq kilsә" istiqamәti ilә

V.Maradidi kәndindәn şimalda Çoroxu kәsir vә sonra Sabur kәndinin şimalından keçir - Xedis Mta dağı (7052) - Kva-Kibe dağı - Kavtereti kәndi - Medzıbna dağının ayırıcı xәtti - Qerat Kesun dağı (6468) - Korda dağının (7910) ayırıcı xәttindәn keçir - Şavşet sıra dağlarının qәrb hissәsinә keçmiş Artvin dairәsinin inzibati sәrhәdinә çıxır - Şavşet dağlarının ayırıcı xәttindәn keçәrәk Sarı Çay (Kar-İssal) (8478) dağına çıxır - Kviral aşırımı - oradan Kankı dağda keçmiş Әrdahan dairәsinin әvvәlki inzibati sәrhәdinә çıxır - oradan şimala yönәlәrәk Tlil (Qrmali) dağınadәk çatır - Әrdahan dairәsinin hәmin sәrhәdi ilә irәlilәyәrәk Badela kәndinin şimal-şәrqinә, Posxov çayına çıxır vә hәmin çayla cәnuba Çançaq kәndindәki dağa qәdәr gedir - orada bu çayı geridә qoyur - gәdiklә xәtti ilә irәlilәyәrәk Ayrılan-Baş dağına (8512) qalxır - Kәllә tәpә (8463), Karman tәpә (9709) dağlarından keçir - Kasris-Seri dağına (9681) çatır - buradan Karzamet çayı ilә Kür çayınadәk gedir - oradan Kür çayının talveqi ilә Kartanakev kәndinin şәrqindәki mәntәqәyә çıxır - orada Qaraoğlu dağının (7.259) gәdiyindәn keçmәklә Kür çayından aralanır - oradan Xazapin gölünü iki yerә bölәrәk 7582 yüksәkliyinә, oradan Göydağa (9152) çıxır - Üçtәpәlәr (9783), burada Gürcüstanla sәrhәd bitir vә Ermәnistanla sәrhәd başlanır: Taya-qala (9716) - 9065 zirvәsi, burada sәrhәd Әrdәhan dairәsinin keçmiş sәrhәdini tәrk edir vә Böyük Ağbaba dağından (9973 vә ya 9963) - 8828 vә ya 8827 - 7602 - buradan düz xәtlә 7.518 zirvәsinә - İbiş kәndinin şәrqindәn, sonra Qızıldaş dağından (7.439 vә ya 7.440, yaxud 7.490), Yeni Qazılıdaş kәndindәn keçir - oradan Novıy Qızıldaş kәndinlәn axan çayla onun Qaramәmmәddәn şimal-qәrbdә yerlәşәn döngәsinәdәk çayayırıcı ilә gedir - oradan Delaver, B.Kmlı vә Tikinis kәndlәrindәn şәrqdә yerlәşәn Camuşçu çayına çıxır - Vartanlı vә Baş Şuragel kәndlәrindәn keçir - adı çәkilәn çayla gedәrәk Kәlala vә ya Qalalıdan şimalda Arpa-çayına çıxır - orada hәmişә Arpa-çayın talveqi ilә gedәrәk Araza çıxır vә Arazın talveqi ilә gedәrәk Urmiya kәndinә çıxır, burada
Ermnәistanla sәrhәd bitir vә Azәrbaycanla sәrhәd başlanır - Arazın talveqi ilә Aşağı Qarasunun ona töküldüyü yerәdәk gedir vә burada Azәrbaycanla sәrhәd qurtarır).

N.B. Aydındır ki, sәrhәd göstәrilәn yüksәkliklәrin ayırıcından keçir.

(M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabәkir.

(M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vәli bәy.

(M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bәy.

(M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Mәmduh Şövkәt bәy.

(M.Y.) imza. Aleksandr Svanidze.

(M.Y.) imza. Qanetski.

Әlavә 2.

Sәrhәd xәttinin Әlavә 1-dә göstәrildiyi kimi, Arpa-çay vә Araz çaylarının talveqindәn keçdiyini diqqәtә aldıqda, Türkiyә Böyük Millәt Mәclisi Hökumәti yalnız Arpaçay rayonunda blokhauz xәttini onun indiki cizgisindә Aleksandropol-Yerevan dәmiryolundan 8 verst mәsafәyә geri çәkmәyi vә Araz rayonunda göstәrilәn dәmiryol xәttindәn 4 verst geriyә çәkmәyi öhdәsinә götürür.

Yuxarıda göstәrilәn rayonları mәhdudlaşdıran xәtlәr Arpaçay zonası üçün aşağıda A vә B bәndlәrindә 1, Araz zonası üçün 2 bәndindә göstәrilir.

1.Arpaçay zonası

A) Vartanlıdan cәnub-şәrqә - Uzun Kilisadan şәrqә, Bozyar dağından (5.096) keçmәklә - Karmir-vankdan şәrqdә 5082 - 5047, Üçtәpә (6478 vә ya 5578) - Arazoğlunun şәrqi - Aninin şәrqi - - Yeniköydәn qәrbdә Arpaçaya çatır.

B) Yenidәn Arpaçaydan 5019 yüksәkliyinin şәrqinә sarı aralanır - birbaşa 5481 yüksәkliyinә gedir - Qızılquladan şәrqdә 4 1/2 verstdәn - Bocalıdan şәrqdә 2 verstdәn - sonra Diqorçay - bu çay boyunca Düzkeçid kәndinә qәdәr irәlilәyir vә düz xәtlә Qarabağ xarabalıqlarından şimala irәәlilәyir vә Arpaçaya çıxır.

II.Araz zonası

Xaraba Alican vә Süleyman Dizә kәndi arasında düz xәtt. Bir tәrәfdәn Aleksandropol-Yerevan dәmiryol xәtti ilә vә digәr tәrәfdәn yuxarıda adı çәkilәn dәmiryol xәttindәn sәkkiz vә dörd verst mәsafәdә yerlәşәn xәtlәrlә mәhdudlaşan zonada Türkiyә Böyük Millәt Mәclisi Hökumәti hәr hansı fortifikasiya istehkamları qurmayacağını öhdәsinә götürür, (bu mәsafә xәtti göstәrilәn zonadan kәnarda yerlәşir) vә onlarda nizami qoşunlar saxlamayacaq, lakin o göstәrilәn zonalarda asayişin, tәhlükәsizliyin tәmin olunması üçün vә inzibati ehtiyaclar üçün qoşun saxlamaq hüququnu saxlayır.

(M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabәkir.

(M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vәli bәy.

(M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muxtar bәy.

(M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Mәmduh Şövkәt bәy.
(M.Y.) imza. Aleksandr Svanidze.


(M.Y.) imza. Qanetski.

Әlavә 3.

Naxçıvanın әrazisi

Urmiya kәndi - oradan düx xәtlә Arazdәyәn stansiyasına (onu Ermәnistan Sosialist Sovet Respublikasına saxlamaqla) - sonra düz xәtlә 3142 qәrbindә Daşburun dağına - Daşburun dağının şәrq ayırıcı xәtti (4108) - Cәhәnnәm dәrәsi çayından "bulaq" yazısının cәnubu - Bağarsıq dağının gәdik xәtti ilә (6607 vә ya 6587) vә oradan әvvәlki İrәvan dairәsinin vә Şәrur-Dәrәlәyәz qәzasının inzibati sәrhәdi ilә gedir - 6629 yüksәkliyi - Kömürlü dağı (6839 vә ya 6930) - oradan 3080 yüksәkliyi - Sayat dağı (7868 - Qurdqulaq kәndi) Qamesur dağı (8160) - 8022 yüksәkliyi - Kükü dağ (10282) vә әvvәlki Naxçıvan dairәsinin inzibati sәrhәdinin şәrqindәn keçir.

(M.Y.) imza. Askanaz Mravyan, (M.Y.) imza. Kazım Qarabәkir.

(M.Y.) imza. Poqos Makinzyan. (M.Y.) imza. Vәli bәy.

(M.Y.) imza. Behbud Şahtaxtinski, (M.Y.) imza. Muştar bәy.

(M.Y.) imza. Şalva Eliava, (M.Y.) imza. Mәmduh Şövkәt bәy.

(M.Y.) imza. Aleksandr Svanidze.

(M.Y.) imza. Qanetski.

Müqavilә Ümumittifq MİK tәrәfindәn 16 mart 1922-ci ildә ratifikasiya olunmuşdur.


Kateqoriya: Tarixi | Yüklədi: Barfen (06 Сентября 2012)
Baxış: 571 | Reytinq: 5.0/1
Ümumi şərhlər: 0
Имя *:
Email *:
Код *: