Ana səhifə » Azərbaycan » MÜQAVİLƏLƏR » Tarixi

KÜRƏKÇAY MÜQAVİLƏSİ, 14 MAY 1805-Cİ İL

KÜRӘKÇAY MÜQAVİLӘSİ

Son illәrdә ermәni millәtçilәrinin uydurma "Qarabağ ermәnilәrinin öz müqәddaratını tәyin etmәsi" problemini irәli sürmәlәri, onların öz dәdә-baba yurdları - Qarabağda yaşayan dinc azәrbaycanlı әhaliyә qarşı silahlı tәcavüzә keçmәlәri ilә әlaqәdar, ermәni geosiyasәtçilәrinin vә onların muzdlu vәkillәrinin Qarabağın әzәli ermәni torpaqları olması haqqında sәhv fikiri geniş yayılmışdır. Lakin tәkzibolunmaz tarixi faktlar bunun tam әksini sübut edir.
Rusiya ilә İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) vә Türkmәnçay (10 fevral 1828-ci il) müqavilәlәri kimi sәnәdlәri mәnbәlәr, habelә xanlığın Rusiyanın hakimiyyәti altına keçmәsi haqqında Qarabağ Xanı İbrahim xanla Rusiya İmperiyasının 1805-ci il mayın 14-dә imzaladıqları traktak әyani surәtdә göstәrir ki, İmperiya sırf Azәrbaycan torpaqlarını işğal etmişdir, ermәnilәr isә bura sonralar Türkiyә vә İrandan köçürülüb, gәtirilmişlәr. Bu sәnәdlәrin heç birindә Qarabağda ermәni malikanәlәri vә onların Rusiya tәbәәliyinә keçmәsi haqqında işarә belә yoxdur. Azәrbaycan xalqının öz dәdә-baba torpaqlarına ayrılmaz hüquqlarını әyani surәtdә tәsdiq edәn bu sәnәdin çapı tarixi saxtalaşdıran ermәnilәrә vә onların muzdlu havadarlarına layiqli cavabdır.

QADİR ALLAH NAMİNӘ

Biz yәni Şuşalı vә Qarabağlı İbrahim xan vә Bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfәttişliyinin infanteriya müfәttişi kn. Pavel Sisianov, olduqca mәrhәmәtli böyük İmperator әlahәzrәtlәri Aleksandr Pavloviçin verdiyi tam sәlahiyyәt vә ixtiyarla Allahın kömәyi ilә Şuşalı vә Qarabağlı İbrahim xanın bütün ailәsi, nәsli vә ölkәsi ilә Bütün Rusiya imperiyasının vә indi bәxtiyarlıqla hökmranlıq edәn böyük imperator әlahәzrәtlәri Aleksandr Pavloviç vә onun yüksәk varislәrinin әbәdi tәbәәliyini qәbul etmәsi mәsәlәsinә başlayaraq aşağıdakı şәrtlәri bağladıq, qәrara aldıq vә imzaladıq:

BİRİNCİ MADDӘ

Mәn Şuşalı, vә Qarabağlı İbrahim xan öz adımdan, varislәrim vә vәliәhdlәrim adından İran vә ya hәr hansı bir dövlәtin hәr cür vassallığından vә ya hәr hansı ad altında olsa da, hәr cür asılılığından tәntәnәli surәtdә hәmişәlik imtina edirәm vә bütün dünya qarşısında bununla bildirirәm ki, mәn özüm vә varislәrim üzәrindә Bütün Rusiyanın böyük İmperator әlahәzrәtlәrinin vә onun yüksәk varislәrinin vә vәliәhdlәrinin ali hakimiyyәtindәn başqa heç bir dövlәtin hakimiyyәtini tanımıram, hәmin taxt-taca sәdaqәt vәd edirәm, çünki onun sadiq quluyam vә bu haqda, adәtә görә, müqәddәs Qurana and içmәliyәm.

İKİNCİ MADDӘ

İmperator әlahәzrәtlәri zadi-alilәri (xan) hәzrәtlәrinin belә sәmimi söz vermәsini qәbul edәrәk, özünün vә vәliәhdlәrinin adından İmperator sözü ilә vәd edir vә söz verir ki, onlar zati-alilәri Şuşalı vә Qarabağlı İbrahim xandan vә onun varislәrindәn öz sadiq tәbәәlәri kimi mәrhәmәt vә nәcib havadarlığını heç vaxt әsirgәmәyәcәklәr, buna sübut olaraq İmperator әlahәzrәtlәri zati-alilәrinin (xanın) vә onun varislәrinin ölkәsinin bütövlüyünün saxlanılmasına öz imperator zәmanәtini verir.

ÜÇÜNCÜ MADDӘ

Zati-alilәri Şuşalı vә Qarabağlı İbrahim xanın Bütün Rusiya imperatorlarının vә onların vәliәhdlәrinin öz üzәrindә ali vә yeganә hakimiyyәtini belә sәmimiyyәtlә qәbul etmәsi müqabilindә qәrara alınır ki, adı çәkilәn xan, ondan sonra isә böyük oğlunun vә bu qayda ilә nәslin yaşca sonrakı böyüyü irsәn xanlığa keçәrkәn Gürcüstan Baş hakimi tәrәfindәn xanlıqda bәrqәrar olmaq haqqında dövlәt möhürü ilә tәsdiq edilmiş imperator fәrmanından ibarәt investitura aldıqdan sonra Bütün Rusiya imperiyasının tәbәәliyinә sadiq olmasına, özü vә varislәri üzәrindә Bütün Rusiya imperatorlarının ali vә yeganә hakimiyyәtinin tanınmasına tәntәnәli surәtdә and içmәlidirlәr. Andın forması traktata әlavә olunur ki, indi hakim olan Şuşalı vә Qarabağlı İbrahim xan bu mәrasim Gürcüstan Baş hakiminin vә bu qәtnamәni başa çatdıran inf-gen. knyaz Sisianovun iştirakı ilә yerinә yetirsin.

DÖRDÜNCÜ MADDӘ

Mәn, Şuşalı vә Qarabağlı İbrahim xan, mәnim vә varislәrimin Bütün Rusiya imperiyasına sadiq tәәbәliyimiz vә hәmin imperiyanın işıqlı ali vә yeganә hakimiyyәtini qәbul etmәyimiz haqda mәnim mövqeyimin tәmizliyini göstәrmәk üçün Gürcüstan Baş hakimi ilә qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlәrlә әlaqә saxlamağa, onlardan elçilәr gәlәrsә vә ya mәktub göndәrilәrsә, onlardan mәzmunca tutarlı olanları Baş hakimә göndәrmәyә vә ondan icazә istәmәyә, dәyәri az olanları haqda isә mәlumat vermәyә vә Gürcüstan Baş hakimi tәrәfindәn mәnim yanıma tәyin edilmiş şәxsә mәlumat vermәyә vә onunla mәslәhәtlәşmәyә söz verirәm.

BEŞİNCİ MADDӘ

İmperator әlahәzrәtlәri Şuşalı vә Qarabağlı İbrahim xanın ölkәsi üzәrindә özünün ali vә yeganә hakimiyyәtinin tanınmasını razılıqla qәbul edәrәk, özünün vә varislәrinin adından söz verir:

1) hәmin ölkәnin xalqlarını böyük Rusiya imperiyasının sakinlәrindәn az da olsa ayırmayaraq öz tәbәәlәri sayacaqdır.

2) İbrahim xan zati-alilәrinin vә onun ocağından olan varislәrin vә arxasının Qarabağ xanlığı üzәrindә hakimiyyәti dәyişilmәz saxlanılacaqdır.

3) Daxili idarә etmә ilә bağlı hakimiyyәt işlәri, mәhkәmә vә divanxana işlәri, bununla yanaşı ölkәdәn yığılan gәlir zati-alilәrin (xanın) sәlahiyyәtindә qalacaqdır.

4) Zati-alilәrinin vә onun sülalәsinin, elәcәdә onun ölkәsinin qorunması üçün Şuşa qalasına 500 nәfәrlik Rusiya qoşunu qәrәrgah vә baş zabitlәri ilә, (habelә) toplarla birlikdә yeridilәcәk, ciddi müdafiә üçün isә Gürcüstan Baş hakimi şәrait vә ehtiyaca görә bu dәstәni güclәndirәcәk vә zati-alilәrinin ölkәsinin Bütün Rusiya imperiyasına mәxsus olan bir ölkә kimi hәrbi qüvvә ilә müdafiә edәcәkdir.

ALTINCI MADDӘ

Mәn, Şuşalı vә Qarabağlı İbrahim xan, mәnim sadiq tәbәәlik istәyimin әlamәti olaraq söz verirәm: 1) istәr indi, istәrsә dә sonralar yuxarıda adı çәkilәn qoşuna lazım olan buğda vә darı yarmasını (Gürcüstan) Baş hakiminin müәyyәn etdiyi qiymәtlә tәdarük edәcәyәm, çünki onların Yelizavetpoldan gәtirilmәsi ya çox çәtindir, ya da tamamilә qeyri-mümkündür. 2) Qoşunların Şuşa qalasında yerlәşmәsi üçün qoşun rәisinin bәyәndiyi evlәri ayıracaq vә lazımi qәdәr odunla tәmin edәcәyәm. 3) Şuşa qalasına Yelizavetpol tәrәfdәn yoxuşu sahmana salacaq vә yolu arabaların gedişi üçün yararlı edәcәyәm. 4) Hökumәt Şuşa qalasından Cavada gedәn yolu qaydaya salmaq istәsә, onda bu iş üçün lazımi olan işçilәr hökumәtin müәyyәn etdiyi mәzәnnә ilә mәnә verilmәlidir.

YEDDİNCİ MADDӘ

İmperator әlahәzrәtlәrinin zati-alilәri Şuşalı vә Qarabağlı İbrahim xana vә onun varislәrinә böyük ehtiram vә mәrhәmәt әlamәti olaraq onu vә varislәrini üzәrindә Bütün Rusiya imperiyasının gerbi olan bayraqla tәltif edir, onun yanında saxlanmalı vә bu ölkә üzәrindә әlahәzrәt tәrәfindәn bәxş edilmiş xanlıq vә hakimiyyәt rәmzi kimi müharibәyә gedәndә özü ilә aparılmalıdır.

SӘKKİZİNCİ MADDӘ

Mәn, Şuşalı vә Qarabağlı İbrahim xan, İmperator әlahәzrәtlәrinin yüksәk razılığı ilә özümün gәlirimdәn hәmişәki kimi istifadә etmәyә icazәm olduğundan İmperator әlahәzrәtlәrinin Tiflisdә yerlәşәn xәzinәsinә ildә 8000 çervon bac vermәyi öhdәmә alıram, bac iki müddәtә, yeni bir hissәsi fevralın 1-dә, o biri hissәsi isә sentyabrın 1-dә, özü dә bu traktatın İmperator әlahәzrәtlәri tәrәfindәn tәsdiqi zamanı birinci hissәsinin, yәni 4000 çervonun ödәnişi ilә başlanır. Bundan başqa Asiya qayda-qanunu ilә and içmәklә yanaşı, mәn böyük oğlum Mәhәmmәdhәsәn-Ağanın ikinci oğlu Şükürallahı hәmişәlik Tiflisdә yaşamaq üçün girov vermәliyәm.

DOQQUZUNCU MADDӘ

İmperator әlahәzrәtlәri özünün xüsusi mәrhәmәti ilә, Tiflisdә sәdaqәt bildirmәk üçün saxlanılması olan zati-alilәri (xanın) nәvәsinin dolanışığı üçün Rusiya pul vahidi ilә gündә 10 gümüş manat iltifatla bәxş edir.

ONUNCU MADDӘ

Bu müqavilә әbәdi müddәtә bağlanır vә bundan belә hәmişәlik heç bir dәyişikliyә uğramamalıdır.

ON BİRİNCİ MADDӘ

Bu traktın İmperator әlahәzrәtlәri tәrәfindәn onun dövlәt möhürü vurulmuş Ali Fәrmanı ilә tәsdiqi bu sәnәdin imzalanmasından 6 ay keçәnәdәk vә ya mümkün olsa, daha tez olmalıdır.

Yuxarıdakıların hәqiqәtә uyğun olduğunu (bildirmәk) üçün aşağıda imza edәnlәr Yelizavetpol dairәsinin düşәrgәsindә, Kürәk çayı yaxınlığında, miladın 1805-ci ilinin yayında, mayın 14-dә (müsәlman tәqvimi ilә 1220-ci il sәfәr ayında) bu maddәlәrә qol çәkәrәk öz möhürlәrini vurdular.

Azәrbaycan tarixi üzrә qaynaqlar. Bakı 1989, sәh 272-276.


Kateqoriya: Tarixi | Yüklədi: Barfen (06 Сентября 2012)
Baxış: 734 | Şərhlər: 1 | Reytinq: 5.0/2
Ümumi şərhlər: 1
1 BrandonFer  
0
rosacea drug treatment <a href=""> https://forums.dieviete.lv/profils/127605/forum/ </a> cold remedy reviews

Имя *:
Email *:
Код *: