Ana səhifə » 2015 » Aprel » 28 » Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Superturnir başa çatdı
04:18
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Superturnir başa çatdı

Artıq ənənəvi status almağa başlayan şahmat üzrə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş növbəti Superturnir başa çatdı. Dünyanın ən güclü şahmatçılarının iştirakı ilə keçirilən bu Superturnir 17-26 aprel tarixlərində ötən il olduğu kimi yenə Şəmkir şəhərində keçirilirdi. Xatirə Supertirniri iştirakçılarına görə xüsusi diqqət çəkirdi: Hazırkı mütləq Dünya Çempionu Maqnus Karlsen (2863, Norveç), keçmiş Dünya Çempionları Vişvanatan Anand (2791, Hİndistan) və Vladimir Kramnik (2783, Rusiya), Fabiano Karuana (2802, İtaliya), Aniş Giri (2790, Hollandiya), Uesli So (2788, ABŞ), Maksim Vaşyer-Laqrav (2762, Fransa), Maykl Adams (2746, İngiltərə) və Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla (2754) Rauf Məmmədov (2658).

Superturnirin qalibi 9 oyundan 7 xal toplayaraq yenə norveçli Maqnus Karlsen oldu.

Baxış: 677 | Yüklədi: Barfen | Reytinq: 0.0/0
Ümumi şərhlər: 0
Имя *:
Email *:
Код *: