Ana səhifə » 2015 » May » 18 » Tarixin sandığından: faşist casusu, yəhudi qənimi, Qafqaz xaini...
00:11
Tarixin sandığından: faşist casusu, yəhudi qənimi, Qafqaz xaini...

“Hitlerə faşist olmağı Mussolini yox, onlar öyrətmişdilər” 
 

II Dünya Müharibəsi nə qədər araşdırılsa da, bu böyük tarixi hadisə barədə bu günə qədər hələ də tam ətraflı tarixi faktlar ortaya qoyulmayıb. Bu gün arxivlər açıldıqca illər boyu bizlərə söylənən əfsanələrin yalan olduğunu görürük. Belə yalanlardan ən böyüyü isə sovet tarixşünaslığında ermənilərin II dünya müharibəsində SSRİ-yə “sədaqət”ləri ilə bağlıdır. Əslində isə hadisələr tam başqa istiqamətdə cərəyan edib. SSRİ ordusunda və Almanların əsir düşən sovet əsgərləri üçün yaratdıqları legionlarda ermənilər casus rolunu oynayıblar...

 

1938-ci ildə Almaniyada güclənən faşizm ideologiyası ilə erməni daşnak ideologiyası bir-birinə yaxın olduğu üçün onlar arasında əməkdaşlıq barədə danışıqlar gedirdi. Faşist Almaniyasının əsas siyasi fiqurlarından olan Himmlerin hədəfi Bakının neft mədənləri idi. O, hazırlanan planda SSRİ-nin enerji gücünün yalnız Bakı olacağını bilirdi və buna görə də buradakı mədənləri partlatmaq məqsədini güdürdü. 1941-ci ildə alman ordusuna əsir düşmüş 6 nəfər erməni əsgəri müvafiq hazırlıqdan sonra 1942-ci ilin payız günlərinin birində paraşüt vasitəsilə Azərbaycan ərazisinə atılmışdı (Azərbaycanın Siyasi Partiyalarının və İctimai hərəkatlarının Dövlət arxivi, fond 1, bölmə 153. İş 222). Onlar da az sonra Xanlarda, Dəstəfurda və Bakıda həbs edilmişdilər.

 

Alman arxivlərində (ASNB RA) 1966 saylı sənədin 23342-ci cild, 1-ci fəsil, 40-42-ci səhifələrində yazılır:

 

“Qafqaz ərazisində casusluq edilməsi üçün Drastamat Kanayanla (General Dro – Z.Ə.) əməkdaşlıq edilsin. Ona müvafiq tapşırıqlar verilsin və lazımınca mükafatlandırılsın”.

 

 Həmin sənədin ardınca Dronun almanlara cavabı qeyd edilir:

 

“Hücumla əlaqədar əmr alındı. Paraşütlə atılmalı olan Erməni Krım qrupunu və agentlərini yanımızda aparmağımızın lazım olub-olmadığını bildirmənizi xahiş edərəm”.

 

Bu sənəd bir daha sübut edir ki, hələ müharibədən öncə ermənilər Qafqazın strateji nöqtələri, Bakının neft mədənləri barədə ətraflı məlumatları almanlara göndərirdilər.

Hələ İkinci Dünya Müharibəsi başlanana qədər Almaniya rəhbərliyi erməni mühacirlərə  "ari qaçqın" statusu vermişlər. Berlində ermənilər üçün xüsusi olaraq həftəlik "Ermənistan" və "Vətən" qəzetləri nəşr edilirdi. 

 

1930-cu illərin ortalarında "Daşnaksütyun" ilə Üçüncü Reyx rəhbərliyi arasında əlaqə quruldu. Erməni terror təşkilatlarının rəhbərlərinin Adolf Hitlerdən onun komandanlığı altında erməni ordusunu yaratmaq, həmçinin erməni zənginlərinin milyonlarla maliyyə vəsaitini faşistlərin xəzinəsinə köçürmək barədə xahişləri isə istehza ilə qarşılanırdı.

 

DOSYE: Fəlsəfə doktoru Qafar Çaxmaqlı yazır: Njde, yəni Ter-Harutyunyan almanların Berlində yaratdığı “Erməni Milli Şurasının” üzvü olaraq xaricdə yaşayan ermənilərin arasında SSRİ-yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olub. Bu məlumatlara və bir sıra digər sənədlərə əsasən, 2 noyabr 1944-cü ildə Qaregin Ter-Harutyunyan həbs edilərək istintaqa cəlb edilmişdir. İstintaq müəyyən etmişdir ki, müttəhim Ter-Harutyunyan 1908- ci ildən 1937-ci ilə qədər Daşnaksütyun partiyasının üzvü olub, 1918-ci ildə daşnak hökuməti tərəfindən, millətçi hərbi hissələr yaratmaq məqsədi ilə Zəngəzura göndərilmişdir. Daşnak hökumətinin Zəngəzurdakı silahlı qüvvələrinin komandanı, 1921- ci ildən isə baş naziri olaraq, sovet ordusuna qarşı hərbi əməliyyatlar aparmışdır. Onun əmri ilə bir sıra kommunist və qırmızı ordunun mənsubları həbs olunmuş və güllələnmişdir. Həmçinin, yüzlərlə kommunist, qırmızı ordu mənsubu inqilabi əhval-ruhiyyəli fəhlə və kəndlilər Tatev qayalığından aşağı atılaraq öldürülmüşdür.

 

Bundan sonra Harutyunyan alman kəşfiyyatçısı, mayor Drumyun göstərişi ilə 1942-ci ilin payızında Berlində olmuşdur. Özünün köməkçisi olan Asatryan Hayk (“Smerş” tərəfindən həbs olunmuşdur) vasitəsilə, Bolqarıstanda yaşayan 30 nəfər ermənini Berlinə göndərmişdir, burada onlar Xoxenbande kəndində yerləşən kəşfiyyat-təxribat məktəbində təlim keçərək, Krıma göndərilmişdilər. Onların məqsədi Sovet Ermənistanına keçmək və orada kəşfiyyat-təxribat fəaliyyəti ilə məşğul olmaq idi. Alman ordusunun Ermənistan sərhədlərinə yaxınlaşacağı təqdirdə isə bu adamlar daxildə üsyan qaldırmalı idilər.

  

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində “Xalq Daxili İşlər Komissarlığının Rostov vilayəti üzrə İdarəsinin 7/17 nömrəli xidməti məruzəsindən SSRİ XDİK-in 4-cü idarəsinə” adlı sənəddə yazılır: “1942-ci ilin avqustunda Rostov-Don şəhərinin işğalı dövründə şəhərə general Dronun başçılıq etdiyi bir qrup erməni millətçisi gəlib. Qrupa Hitler tərəfindən Sovet hakimiyyətinə qarşı mübarizə aparmaq üçün Qafqaz millətlərindən könüllülər legionu təşkil etmək səlahiyyəti verilib. Alman qoşunlarının Cənubi Qafqaza müdaxiləsi zamanı bu legion Ermənistanı bolşeviklərdən azad etməli idi. Dronun qrupunun Rostov-Donda olduğu müddətdə təqribən 100 min nəfərlik legion yaradılıb”.

 

Ermənilər bütün gücləri ilə Hitleri dəstəkləyirdilər. Hətta yəhudilərin soyqırımında da böyük rolları olmuşdur. Erməni general Qaregin Njdenin qurduğu “Tsegagron” təşkilatının vasitəsilə gənc ermənilər faşist SS təşkilatına və digər elit alman hərbi qüvvələrinə daxil olurdular. Almaniyada və Fransada yaşayan bir çox ermənilər 58-ci Panzer ittifaqlarına və Vermaxtın 10-cu ordusuna girmişdilər. Erməni İnqilab Federasiyasının liderləri alman kəşfiyyatı ilə çox sıx münasibətdə idi.

 

Xrisator Valker “The Survivat of a nation” adlı kitabının 357-ci səhifəsində yazır:

“Ermənilər Hitlerin əmrini yerinə yetirmək üçün 30.000 adamdan ibarət qoşun yaratmış, bunları dəstələr halında 2-ci Dünya müharibəsinə çıxartmışdılar. Onlar müvəqqəti erməni hökuməti qurublarmış, Berlin Radiosundan yararlanırlarmış. 19, 20, 21 Avqust 1936-cı il tarixli “Hayastan” qəzetində yəhudilərin “Zəhərli və xroniki bir xəstəlik” olduqlarını yazmış və Hitlerin xilaskar olduğunu ifadə etmişdilər. Mənə elə gəlir ki, Adolf Hitlerə faşist olmağı Mussolini yox, ermənilər və onların papazları-patrikləri - vazgenləri öyrətmişdilər”.

 

Rusiya Dövlət Fondunun Arxivində F.R-9401. İp. 2. D 65. L adlı sənədin 162-163-cü səhifələrində Daxili işlər xalq komissarı Beriyanın Stalinə yazdığı məktubda qeyd edilir:“Alman ordusu tərəfindən yaradılan Erməni legionu casusluq və pozuculuq işləri üçün Qırmızı Ordunun arxa cəbhəsində bir neçə erməni komitələri yaradıb.  Müstəqil Ermənistanın təbliği istiqamətində iş apardılar. Dünya erməniləri Almaniyanın "hərbi ehtiyaclarına" sərf etmək üçün vəsait toplayırlar”.

 

Erməni legionu İkinci dünya müharibəsi zamanı Üçüncü Reyx tərəfindən döyüşən və ermənilərdən təşkil olunmuş piyada birləşməsi olaraq 1941 və 1944-cü illər ərzində 808, 809, 810, 811 və 812 adlı birləşmələrlə döyüşlərdə iştirak etmişdilər.

 

Almanlara digər legionerlər arasında baş verənləri çatdıran casus erməni legionunun andı belə idi:

 

“Tanrı və Adolf Hitler qarşısında and içirəm ki, alman dövlətinə və erməni torpağına sadiq olacağam. Son damla qanıma kimi nasional-sosializm ideyaları uğrunda bolşeviklərə və imperialistlərə qarşı mübarizə aparacağam”.

 

1941-ci ilin ortalarından 1944-cü ilin sentyabrına qədər Ermənilər Türkiyədə və bütün Yaxın Şərqdə faşist alman kəşfiyyatı ilə çox yaxın əməkdaşlıq etdilər. Erməni gizli agentləri faşist təbliğatını aparır və yəhudiləri təqib edərək yaxalanmaları üçün faşistlərə yardım edirdilər.

 

Nasist partiyasının başda gələn ideoloqlarından olan Alfred Rozenberq, 1926-1936-cı illər arasında Şərqşünaslıq İnstitutunun başında olan Doktor Artaşes Abegyana ermənilərin antropologiyasını və tarixini tədqiq etmək üçün bir komitə yaratmağı tapşırmışdı.

 

Türkiyədə casus ermənilərin Rozenberqə hazırladığı təkliflərdə yazılırdı ki, Türkiyə II Dünya Müharibəsində almanlara ona görə yaxınlıq edir ki, müharibədən sonra Azərbaycanla birləşib Böyük Turan yaratsınlar. Bu planın qarşısının alınması üçün onlar Türkiyə və Azərbaycan arasında bufer dövlət - “Böyük Ermənistan” yaradılmasını zəruri hesab edirlər.

 

1942-ci ildə çox sayda erməni gənci birləşərək, faşistlərin müharibə istəklərini müdafiə edən təşkilat yaratdı. Suren Bez-zadyanın başçılıq etdiyi Paykar Hoassank ("işıqlı" mənasını verir – Z.Ə.) adlanan Erməni Milli Sosialist Hərəkatı bütün Avropada və Türkiyədə yaşayan gənc ermənilər arasında məşhurlaşdı.

 

2006-cı ildə Moskvada, Bıstrov nəşr evində çap olunan E. Abramyanın “Abverdəki Qafqazlılar” adlı kitabında yazılır:

 

“Alman Reyxinin himayəsi altında Ermənistan bütün gücü ilə Yaxın Şərqdə alman təsirini möhkəmləndirməyə çalışmaq məcburiyyətindədir. Bu baxımdan, Erməni Milli Komitəsi, keçmişdə Rusiya və İngiltərənin ermənilərə yaşatdığı acı xəyal qırıqlığına və dəhşətli fəlakətlərə işarə etməyi zəruri görür".

 

Müəllif bizimi diqqətimizi çəkən çox maraqlı bir məqama da toxunur:

 

“Nasist Almaniyası daşnaklara bütün bu xidmətlərinin qarşılığında Qarabağı, Naxçıvanı və Axalkələk bölgəsinin bir hissəsini söz vermişdir. Həmçinin müharibə zamanı daşnaklar Qarabağ bölgəsinə yerli xalqı Sovet hakimiyyətinə qarşı qaldırmaq üçün xüsusi hərbi qruplar və desantlar göndərmişdir”.

 

1942-ci ilin sonlarında bu təşkilat Erməni Milli Şurası ilə birləşdi. Nəticədə II Dünya Müharibəsində erməni batalyonları çoxsaylı yəhudilərin qırılmasında əsas rollardan birini oynadılar. Bu batalyonun əsgərləri keçmiş erməni hərbi vərdişlərini özündə saxlayan xüsusi tapşırıqları yerinə yetirirdi.

 

Erməni əsgərlərinin çoxundan yenicə istila edilmiş torpaqlarda polis birləşmələri kimi istifadə olunurdu. Erməni əsgərlərə casusluq edərək almanların siyahısında olan bütün yəhudiləri tutmaq tapşırığı verilmişdi. Samuel Vimz yazır ki, almanlarla görüşən daşnaklar əllərindəki “sənəd”lərlə sübut etməyə çalışırdılar ki, “Qafqazın bir hissəsi və Türkiyənin qərb hissəsinin 95 faizi erməni əhalisindən ibarətdir və onlar müstəqillik əldə etsələr Hitlerin sadiq qulları olacaqlar”.

 

Erməni Komitəsi adlanan qurum isə dünya ermənilərinə yazdığı müraciətdə deyirdi:

“Alman Reyxinin himayəsi altındakı Ermənistan gücləri daxilində Yaxın Şərqdə alman təsirini gücləndirməyə çalışmaq məcburiyyətindədir. Onlar İngiltərə və Rusiyaya daha inanmalı deyillər və almanları özlərinə hami saymalıdırlar”.

 

Müraciətin sonunda belə bir sonluq yazılır:

 

“Yəhudilər fanatik milliyyətçi və irqçiliyin doqmatikləridir; onlar yaşadıqları yerlərdə, irqlərinin davamını təmin etmək üçün dünya vətəndaşı rollarına girirlər. Eynilə ingilislərin başqa ölkələri işğal üçün döyüş gəmilərini istifadə etdikləri kimi, yəhudilər də silah olaraq beynəlxalq hüququ və kommunizmi istifadə edirlər”.

 

“Ermənistanın yəhudi icması İkinci Dünya Müharibəsi zamanı Vermaxtın tərkibindəki 2000 nəfərlik erməni legionunun qəddarlığını və satqınlığını heç vaxt unutmayıb”. Bu açıqlama ilə İsrail eksperti Arye Qut Amerika yəhudi diasporunun ən populyar “Algemeiner” (“The Algemeiner") qəzetində çıxış edib.

 

Yəhudi bloqgeri İsrael Barouk “Times if İsrael” qəzetində dərc olunan məqaləsində, II Dünya Müharibəsində 20 mindən çox erməni əsilli nasistin yəhudi soyqırımında iştirak etdiyini bildirərək, 1930-cu illərdə ermənilərin Amerikada dərc olunan “Hairenik” qəzetinin Hitler rejiminə tam dəstək verdiyini qeyd edib: “Ermənistan şərqi Avropada anti-semitizmin ən güclü olduğu ölkədir, bütün Avropada isə üçüncü yerdə qərarlaşır”. 2014-cü ilin sorğularına görə, Ermənistanda yetkin yaşda olan 2,2 milyon nəfərdən 1,3 milyonu anti-semit əhval ruhiyyəlidir.

 

"Modus Vivendi" təşkilatının Ermənistanda yerləşən mərkəzinin sədri Ara Papyan yazır ki, 1915-ci ildə ermənilərə qarşı soyqrımı yəhudilərin planı əsasında olub: “1604-cü ildən bu günə qədər ermənilərin bu günə düşməsinin səbəbi yəhudilərdi və onlar 1918-ci ildə Azərbaycanı işğal etməyimizin qarşısını aldılar. Bizdə II dünya müharibəsində qisasımızı aldıq. (www.armeniaonline.ru)

 

 1. Yəhudilər erməni şəhəri və qədim erməni torpağı olan Bizansın məhv edilməsini təşkil ediblər;

 2. 1604-1605-ci illərdə ingilis kəşfiyyatı vasitəsilə yəhudilər Şah Abbasa təsir edib, İran və Əfqanıstanda 700 min erməninin deportasiya və məhv edilməsinə səbəb olublar;

 3. 1915-ci ildə yəhudilərə xidmət edən Gənc Türklər və Tələt paşa Türkiyədə erməni soyqrımını onların planı üzrə həyata keçiriblər;

 4. 1918-ci İldə yəhudilər Bakı və Qarabağın ermənilərdən alınmasına və onlara qarşı döyüşlərin keçirilməsinin baiskarları idilər;

 5. Bu gün də yəhudilər Azərbaycanı silahlandırıb Ermənistana qarşı qoyurlar”.

 

“Ayrenik” qəzeti 1939-cu ilin iyul ayında yazırdı: “Əgər Almaniya ilə Yaponiya Sovet İttifaqına hücum etsələr, Daşnaksütyun Sovet İttifaqının düşmənləri sırasında olacaq”.

 

Ermənilərin casusluq fəaliyyəti üçün "Aynxait Şturm" qrupu yaradılmışdı ki, onlar sovet ordusunda arxadan zərbə vurmağın yolların axtarmaqla yanaşı, əsirlərin içərisində yəhudiləri aşkar etməli idilər. Bu qrupla yanaşı 106 saylı oberqrup yaradılmış idi ki, Stepanyan və Sərkisyan adlı iki erməni ora rəhbərlik edirdi.

 

1942-ci ilin dekabrında General Dro və erməni yazıçısı Qaro Gevorkyan, Henrix Himmlerin qəbulunda olur və ona pastor Lepsiusun "Erməni xalqının ölümcül yürüşü" kitabını təqdim edirlər. Himmlerin və General Dronun çağırışı ilə 30 minə qədər erməni alman ordusuna qatılır və döyüşlərdə iştirak edir. Müharibənin sonuna yaxın Qareqin Njde Stalinə ünvanladığı məktubda General Dro barədə bu sözləri yazır:

 

"Mən vətən xaini Dronun Ermənistana yönəlmiş planlarını mümkünsüz etdim."

 

Son olaraq qeyd edim ki, Hitler SSRİ-nin işğalından sonra Ermənistan SSR-ə müstəqillik verilməsi barədə ermənilərin xahişini rədd edərək, onlara belə cavab vermişdir: “Üç dəfə xəyanət edənlər (Çar Rusiyası, Osmanlı imperiyası və SSRİ-yə qarşı) dördüncü dəfə də xəyanət edəcəklər!”

 

Və daha maraqlı bir fakt: II Dünya Müharibəsindən sonra yalnız erməni legionu SSRİ-yə qaytarılmadı və onların heç biri də cəza almadı.

 

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Baxış: 364 | Yüklədi: Barfen | Reytinq: 0.0/0
Ümumi şərhlər: 0
Имя *:
Email *:
Код *: