Ana səhifə » 2015 » İyul » 1 » Tarixin sandığından: Erməni xəstəliyi və qul psixologiyası - ARAŞDIRMA
15:16
Tarixin sandığından: Erməni xəstəliyi və qul psixologiyası - ARAŞDIRMA

“Harada çörək varsa, ora sənə vətəndir” (erməni ata sözü) 
 

Mirzə Cəlilin “Axund ilə keşişin vəzi” adlı məqaləsində yazılır: “Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi: “Erməni millətinin dünyada üç sevgili balası var “vətən”, “millət” və “dil” və nə qədər ki, biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik. Ey mənim erməni qardaşlarım. Dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düçar olub, qarışqalar at nalının altında əzilən kimi ermənilər qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında paymal olublar. Bununla belə, erməni ölüm halında can verə-verə genə deyib:  “Vətən, vətən, millət, hayreniq”. Yaşasın vətən yolunda fəda olan erməni milləti, yaşasın millət uğrunda şəhid olan qardaşlar. Getsə, getsə, hayreniq”.

Yazımıza dahi Mirzə Cəlilin bu yazısı ilə başlamağımız söz açacağımız erməni deyilən, əslində özlərini “hay(k)” adlandıran bir millətin psixoloji durumunu araşdıraraq, onların kim olduğunu göstərən rəy və faktları oxusuya təqdim etməkdir.

İnsan şəxsiyyətinin formalaşmasında danılmaz rolu olan ən əsas faktorlardan biri irsi amillərdir. Bu amilin mahiyyəti bundan ibarətdir ki, doğulduğu gündən hər bir insana genlər vasitəsilə bütövlükdə bəşəriyyətin bioloji təkamülünün və həmin fərdin özünün yaxın əcdadlarının hamısının əlamətləri yığcam formada, kodlaşdırılmış şəkildə ötürülür. Tarixi türk torpağı sayılan ərmənzəmində milli azlıqlardan və ya əsir koloniyalarından biri kimi mövcud olan və “Hay(k)”lar adlanan hazırkı ermənilər, sonrakı dövrlərdə qonşu ərazilərdə elə yaşadıqları ölkənin adı ilə də adlandırılaraq ərmənlilər, ərmənilər və s. kimi tanındılar.

Cabbar Məmmədov yazır ki, bu millətin milli şüuru türklərin əsir koloniyalarında formalaşdığından, bugünkü gündə də onlarda kolonial düşüncə sistemi patoloji səviyyədədir. Onlarda sənətkarlığın geniş yayılması, patoloji kollektivçilik, özgə millətlərə, mədəniyyətlərə, dinlərə qarşı dözümsüzlük və s. bu mənşədən qidalanır”. Dövləti olmayanın həyat tərzi, psixologiyası, fiziki, fizioloji, bioloji xarakteristikaları natamam olur. Onlarda həmişə həyatdan narazılıq, başqasına şər atmaq, onda olanı qapmaq və sair kimi eybəcərliklər genə işləyir. Bu gün müşahidə edilənlər bunu tam təsdiq edir. Ona görə də ermənilər tarixdən qorxurlar və daim başqasının malik olduğu müsbət keyfiyyətlərə iddia edirlər. Onlar bu psixoloji sindromdan hələ də qurtula bilmirlər. Anlayırlar ki, reallıqda o keyfiyyətlərin heç biri onlarda yoxdur və bunu dünya bilir.

Erməni ideologiyasının ataları hesab edilə biləcək olan erməni tarixçilərinin ciddi cəhdlərinə baxmayaraq, Böyük Ermənistan haqqında tam bir görüş birliyi mövcud deyildir. Erməni elm adamı Aqop Məlik Aqopyanın gəldiyi nəticəyə görə, əslində ermənilərin qədim tarixi haqqında, iddia olunanların əskinə, mənbələr susmaqdadır. (Raffi (Akop Melik Akopən), Samvel. Erevan, Ayastan 1971)

 

Daha bir erməni tarixçisi Qaraqaşyan yazır: “Erməni xalqının əsli nədir, necə və nə vaxt, haradan və hansı yollarla bu yerlərə gəlmişlər, erməni olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədar olmuşlar, onların dilinə və etnik tərkibinə kimlər necə təsir göstərib?… Bizim əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər yoxdur”. “Ermənilərin keçmişi haqqında tarix və ya salnamə sayıla biləcək məlumatlar yoxdur”. (“History of Oriental İssue”, London, 1905)

Haykazyanın müəllifi olduğu, 1919-cu ildə  Parisdə nəşr edilən “Erməni tarixi” kitabında yazılır: “İlk erməni sülaləsinin başçısı tarixdə olmayıb”.

Hətta erməni iddialılığı o yerə çatmışdır ki, bəşəriyyətin hamısına məxsus olan dəyərləri də erməniləşdirməyə və bununla erməni ideologiyasına zəmin hazırlamağa çalışmışlar. Müasir erməni ideoloq və şiddətə təşviq edicilərindən olan insanlıq düşməni Zori Balayan isə daha da irəli gedərək, gülməli şeylər söyləməkdən belə çəkinməmişdir. O yazır: "…Əfsanəyə görə, Nuh Peyğəmbər Tufandan sonra ilk gördüyü bir quru parçasına "Erevume", yəni "Görünür", deyə qışqırmış və bu quru parçasının adı Erevan olaraq tarixə keçmişdir…" (Балаян З.ОчагЕреванСоветакан Грог, 1980)

 

Erməni mifoloqemlərinin əsas stereotipləri:

 

- Ermənistan və ermənilər Nuh-Hayk-Arame soyundan gələn ilkin hind-avropa sivilizasiya beşiyi;

- Ermənistan Kiçik Asiyada və Cənubi Qafqazda olan dövlətçilik ənənəsinin ilk “sahibi”;

- Ermənilər xristianlığı qəbul edən ilk millət;

- Ermənilər əlifbanı və yazını istifadə edən ilk millət;

- “Böyük Ermənistan” xülyasından irəli gələn ermənilərin (indiki) yaşadığı ərazilərdə və qonşu olan ərazilərdəki mədəni irs yalnız ermənilərə məxsusdur.

G.Smith redaktəsi ilə Londonda 1996-cı ildə dərc edilən “The nationalities question in the Post-Soviet States” kitabında yazılır: “Hekayətnamə şablonu öz-özlüyündə mifoloji təfəkkürün məhsulu olaraq, insanları keçmişin obrazlarına bağlayır və bununla onların dünyanı dərketməsində qüdrətli mifoloji element yaradır”.

Beləliklə, bu erməninin xəstə təfəkküründən belə qənaətə gəlinir ki, Nuh peyğəmbər də erməni olmuşdur. Əlbəttə, belə bir yanaşma gülüş doğurmaya bilməz. Ən azından ona görə ki, hətta dini ənənəyə görə, Nuh tufanından sonra bütün bəşəriyyət xilas olmuşdur.

Bu hala ento-psixologiyada belə yanaşılır: “Anomaliya o zaman fövqəlkompensasiya doğurur ki, psixikanın buna real imkanları çatır. Əks halda, gərginliyə tab gətirməyən psixikalar bundan həmişəlik zədə alaraq şikəst olurlar ki, tibbi ədəbiyyatda da bunlar ruhi xəstəlik kimi definisiya edilir.”

Şəxsiyyət anomaliyası psixoloji bir xəstəlikdir. İnsan üçün çox sayda çətinlik yaradır. Şəxsiyyət anomaliyasına malik olan insanların düşüncəsi sağlam olmaz. Bu psixoloji xəstəlik nəticəsində insanın ictimai, ailə və təhsil rabitələrində problemlər yaranar.

Tarixdə “erməni xəstəliyi”nin mövcudluğu, onun etiologiyası, patogenezi, klinik formaları və gedişi haqqında yazılı məlumatlar və araşdırmaların aparılması 17-ci əsrdən başlayır. Elə həmin dövrlərdən də tibb aləmində bu xəstəlik elmi tədqiqat obyektinə çevrilib. Bu sahədə görkəmli alimlərdən H.Holler, Y.Şohar, M.Pare, T.Lehman, Y.Pednad, S.Saqal, Y.Tarayev, V.Nosov, O.Vinoqradov və başqaları çalışmışlar. Bu xəstəliyə “vaxtaşırı xəstəlik” adı da verilib. Bu xəstəliyin xarakteristikasını adını çəkdiyimiz alimlər belə verirlər: “Ermənilik – qeyri-adi, fenomenal bir hadisədir, başqa xalqlara, xüsusilə, türk xalqlarına qarşı, o cümlədən, Azərbaycana qarşı kəskin millətçilik mövqeyində dayanan, öz məqsədlərinə nail olmaq üçün təcavüzkar, qondarma, uydurma ideyalarına geniş rəvac verən, terroru əsas vasitə seçən, insan qanına susamış, ən dəhşətli terror faktlarını yerinə yetirən, mədəniyyətdən, sivilizasiyadan uzaq bir ideologiya və siyasətin təzahürü kimi meydana çıxmışdır”. Bir sözlə, əsas klinik əlamətləri patoloji yalançılıq, özünə vurğunluq ideyaları, təqibetmə sayıqlaması, imperativ sayıqlamalardır.

Rusiyada nəşr edilən “Psixologiya və pedaqogika üzrə ensiklopedik lüğət”-də yazılır: “Aralıq dənizi ailə qızdırması dövri xəstəlik kimi erməni xəstəliyini adlandırmaq olar. Bu irsi xəstəlik 40°C qızdırmaya qədər peritonitlə səciyyələnən bir növdür”.

XII əsrdə yazılan “Qabusnamə”də deyilir: “Ermənilərin eybi bədfel-kündəbədən, oğru, gözü götürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıltlı, ağasına düşmənçilikdir. Onlar başdan ayağa müsbətdən çox mənfiyə yaxındır”.

Antropoloji nöqteyi-nəzərdən ermənilərin əksəriyyəti brahisefal, yəni qısaboyunlu, yastıbaşdır. Erməni tarixçisi Kapançyan bu fikirlə əlaqədar olaraq qeyd edirdi ki, “armenoid tipi” aşağıdakı xarakterik əlamətlərə malikdir: “başı yastı (qısa) və ya dikdir, yastı və kəskin surətdə (dikinə) aşağı düşən arxa tərəfə malikdir, sifəti uzunsovdur və bir az da enlidir, burnu qeyri-adi dərəcədə böyükdür, iridir, çox vaxtı əyilmiş (qartal dimdiyinə bənzər) və sifət xəttindən irəli çıxır, bədən quruluşu qeyri-mütənasibdir, ancaq ortaboyludur”.

A. A. Poçtinskiy, M. L.Lelevinin birgə müəllifi olduğu, 1963-cü ildə Moskvada nəşr olunan "Antropologiya" kitabının 290-cı səhifəsində yazılır ki,  ermənilər 16 antropoloji tipə məxsusdur, yəni ermənilər 16 xalqın törəmələridir.

Yazını hazırlayan zaman Rusiya arxivlərinin birində "Rus bayrağı" adlı qəzetin 1912-ci il 18 saylı nəşrində bu sözlər qarşıma çıxdı: "Ermənilər bizə öz sifəti, öz qəlbini, öz mənəvi və zehni siması, öz qəlbini, öz vicdanını son 40 il ərzində kifayət qədər göstərib. Bu xalq ən yalançı, ən qərəzli və ən cinayətkar biridir. Hər bir ağıllı dövlət ona muxtariyyət yaratmasın, əksinə, onları hər cür imkanlardan məhrum etmək lazımdır ki, nə vaxtsa müstəqil və güclü olmasınlar”

Mayevski yazır: “Həqiqət ona görə yoxdur ki, erməni müəllifləri həmin həqiqətdən diqqətlə, düşünülmüş şəkildə səylə qaçırlar. Onlarda hər şey faktların şişirdilməsi əsasında qurulmuşdur. Onların bütün fəaliyyəti ağlasığmaz, görünməmiş və eşidilməmiş qəddarlıqlar uydurmağa əsaslanmışdır ki, başqalarında ermənilərə rəğbət, türklərə isə nifrət hissi yaransın. Ancaq bütün bunlar ermənilərə qarşı maraq və rəğbət əvəzinə yalnız nifrət hissi doğurur”.

Ermənilərdə diqqət çəkən daha bir məqam onların ortaq uğurlar və ortaq əzablar ətrafında sıx birləşməsidir. Ermənilər özləri yaxşı bilirlər ki, onların tarixi yalan üzərində qurulub və erməni mədəniyyəti, ədəbiyyatı, dili və digər xüsusiyyətlər oğurluqdur. Bütün bunlara baxmayaraq, onlar “oğurluqlarını” ustalıqla gizlədir və ümummilli məsələlərdə səfərbər olurlar.

Ermənilərdə diqqətə alınan ikinci böyük məsələ onların dünyaya səpələnərək yaşamasıdır. “Hər yerdə erməni var” yazan Vöhram Mavyanın əsərində ermənilərin məskunlaşdıqları ölkələrdə yaşam tərzinin erməni işinə xidmət etdiyini qeyd edir.

Onlar assimilyasiya olunur, başqa millətlərdən xüsusiyyətlər mənimsəyirlər. Türklə, ərəblə, yunanla, yəhudilərlə qarışıq nikaha girən ermənilərin övladları türk, yunan, yəhudi, fransız, ərəb millətlərinə məxsus soyadları, adları daşımalarına, başqa mühitdə böyümələrinə rəğmən, öz erməni xislətini unutmurlar. Buna onların beşikdə ikən beyinlərinin doldurulması kömək edir.

“Soyqırım əfsanəsi” ermənilərin erməni olmalarının əsas dəlili sayılmaqla erməniləri bir arada saxlamaq üçün yeganə vasitədir. ABŞ, Rusiya, Avropa və Asiya ölkələrində güclü təsiri olan “soyqırım əfsanəsi” buradakı ermənilərin fəaliyyətini, bir növ, tənzimləyir. Ermənilərin yaşadıqları hər yerdə “soyqırım”la əlaqəli bir çox “xatirələr” var. Bunu onların sahib olduqları ticari xidmət, şəxsi biznes obyektlərində də görmək olar. Ermənilər dükanlarına, köşklərinə, yeməkxanalarına, məktəbə, kilsəyə və digər yerlərə “Genosid”, “Ararat”, “Ermənistan” adları verirlər.

Erməni ideoloqları diasporda təbliğatı gücləndirməklə, ermənilərin qüdrətli xalqlar tərəfindən assimilyasiya olunmasının qarşısını almağa çalışırlar. Onlar gözəl başa düşürlər ki, Ermənistanda yaşayan bir ovuc erməni ümumi işin davamçısı ola bilməz. Bu səbəbdən də diasporda erməniləri ortaq əzablar və ortaq uğurlar xülyası ilə birləşdirməyə çalışaraq, “soyqırım əfsanəsindən” məharətlə istifadə edirlər. Diasporda saxta bir tarix təbliğ edən erməni ideoloqları onları qədim və sivil xalqın nümayəndələri olduqlarına inandırırlar. Ermənilərin tarixən əzabkeş xalq kimi bir çox təzyiqlərə məruz qalması barədə uydurma konsepsiya hazırlayan erməni ideoloqları özləri də bunun yalan olduğunu qəbul edirlər. Bu toplumda əvvəlcə fərqli imperatorluqların və böyük dövlətlərin təsiri altında yaşamış olmalarına, onların böyük əziyyət görməklərinə və acılar yaşamalarına baxmayaraq, xüsusilə türk düşmənçiliyini yaymaq və aktiv saxlamaq istədiklərini görmək lazımdır. Erməni tarixinin atası olaraq bilinən Horenatsinin “Hər türkü anadan olduğu anda ölümə məhkum edin. Onlara doğulma şansı verməyin. Çünki doğulmuş hər türk bizə faciə gətirir” sözü, eyni zamanda erməni yazıçı Silva Kaputikyanın 1988-ci ildə İrəvanda keçirilən bir mitinqdə etdiyi çıxışda söylədiyi “…yeni doğulan hər erməni uşağının qulağına – “Ey Aram! Türklər sənin düşmənindir” demək lazımdır ki, düşməninin kim olduğunu tanısın” ifadəsi, yenə yaxın keçmişdə türk diplomatlarını öldürən qatillərin ermənilər tərəfindən bir qəhrəman olaraq görülməsi və buna bənzər daha bir çox xüsusiyyətlər ermənilərdəki türk düşmənliyinin çox bariz nümunəsidir.

Ermənilərin psixologiyasında qan tökmək, günahsız insanları öldürmək bir milli iş kimi durur və onlar illər boyu türklərlə, gürcü, rus, fransız və digər millətlərlə yanaşı, öz ermənilərini belə öldürmək halları çoxsaylıdır. Qeyd edim ki, ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq, ermənilər terrorçuluq fəaliyyətlərini Avropa və ABŞ-la yanaşı, SSRİ ərazisinə də keçirdilər. Əslində buna səbəb SSRİ xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən və istiqamətləndirilən erməni terrorçularından bəzi Qərb ölkələrinin analoji şəkildə ruslara qarşı istifadə etməsi oldu. Çünki Qərb ölkələrinin xüsusi xidmət orqanları ASALA, PKK və digər terrorçu təşkilatların SSRİ xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilməsindən xəbər tutmuşdular. Onlar ələ keçirilən bəzi erməni terrorçularını öz tərəflərinə cəlb edə və onları SSRİ-də analoji addımlar atmağa razı sala bildilər. SSRİ-də ilk terrorun müəlliflərindən biri olan Stepan Zatikyan onun işi üzərində qurulan məhkəmə prosesinin özü üçün hər hansı bir əhəmiyyətə malik olmadığını vurğulamışdı: “Sizin vəkilinizin məni müdafiə etməsinə ehtiyac duymuram. Mən müttəhim deyiləm, mühakimə edənəm. Sizin məni mühakimə etməyə haqqınız belə yoxdur. Çünki xalqları əsarət altında saxlayan imperiya hüquqi dövlət deyil. Bunu heç vaxt yadınızdan çıxarmayın”.

Hazırda ermənilər, bölgədə xarici böyük güclərə daha çox möhtac hala gəlmişdir. Soyqırımın dünyanın gözü qarşısında cərəyan etməsinin və soyqırıma dəstək verilməsinin arxasında erməniləri və Ermənistanı özlərinə daha çox möhtac hala gətirmək məqsədi vardır. Onlar bunu millətin yox olmamağı üçün etdiklərini boyunlarına alırlar.

Etnosun, xalqın, millətin həyat tərzi dəyişdikdə sosial mühitlə etnos üzvlərinin də qarşılıqlı təsirinin xüsusiyyətləri də dəyişir. Bu cəhət bəzən hər bir xalqa və ya millətə xas olan məxsusi yaşayış tərzini bildirir. Millətə, xalqa məxsus olan belə spesifik həyat tərzi milli hisslərin əsas səciyyəsini təyin edir.

Çünki həyat və yaşayış tərzi anlayışlarında xalqın, millətin iqtisadi, ideoloji əxlaqi-mənəvi, psixoloji, ailə və s. münasibətlərinin sintezi nəzərdə tutulur.

Bunların əsasında hər bir xalq və ya millət özünəməxsus sosial-psixoloji iqlimdə təşəkkül və inkişaf edir. Həmin iqlimin xüsusiyyətlərindən asılı olaraq ayn-ayrı xalqlarda müxtəlif məzmun və istiqamətli milli hisslər təşəkkül və inkişaf edir. Bu müddəanı aydın surətdə təsəvvür etmək üçün iki etnosun bəzi cəhətlərini müqayisə etmək kifayət edir. Hər bir erməninin öz millətinin nümayəndəsinə hansı ölkədə rast gəlməsindən asılı olmayaraq ilk sözü “hayes” (ermənisənmi?) sualı olub, yəni onun üçün milli identifikasiyanın (millətə mənsubluğun təsdiqi) əsas cəhətdir. (Əliyev.R.İ. “Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları”. Bakı, 2000, s.125)

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Baxış: 489 | Yüklədi: Barfen | Reytinq: 0.0/0
Ümumi şərhlər: 0
Имя *:
Email *:
Код *: